Bəlkə də mən sənin arzuladığın deyiləm Bəlkə xəyallarındakı o kəs deyiləm Məni elə belə gördüyün kimi qəbul et Vücuduma aldanma, sən ruhumu hiss et İçimdəki gözəlliyi gör, sev Ürəyimin döyüntüsün hiss et Məhəbbəti gözlərimdən gör, sev Məni olduğum kimi, olduğum kimi qəbul et ♪ Bəlkə də sevgimi sənə göstərə bilmirəm Bəlkə şirin sözlər qurub deyə bilmirəm Məni elə belə susduğum kimi qəbul et Vücuduma toxunma, gəl ruhuma sarıl İçimdəki gözəlliyi gör, sev Ürəyimin döyüntüsün hiss et Məhəbbəti gözlərimdən gör, sev Məni olduğum kimi, olduğum kimi qəbul et ♪ İçimdəki gözəlliyi gör, sev Ürəyimin döyüntüsün hiss et Məhəbbəti gözlərimdən gör, sev Məni olduğum kimi, olduğum kimi qəbul et