Qəhrəman anası, başını dik tut Oğlun bu vətənin keşiyindədir Vətən də anamdır, sən də anamsan Həm onun, həm sənin keşiyindədir Oğlunun sədası gəlir Şuşadan Qovub düşmənləri məğrur dayanır Şuşa məscidinə sancıb bayrağın O, sənin duanla zəfər qazanıb Hərbçi, haqq yolun gedən əsgərim Çıxdığın yol ululardan uludur Gücün imzasında tarixlər yazan Dəmir yumruq sərkərdənin qoludur Sərhədçi, haqq yolun gedən əsgərim Çıxdığın yol ululardan uludur Gücün imzasında tarixlər yazan Dəmir yumruq sərkərdənin qoludur ♪ Sərhədçi atası, gözlərin aydın Oğlun Zəngəzuru qoruyur bu gün Artıq yurd həsrəti sona yetişdi Açıldı 30 il bağlanan düyün Sərhədçi anası, daha ağlama Oğlun şəhidlərin qisasın aldı Rəşadət göstərdi hünərli balan Düşmən üzərində qələbə çaldı Sərhədçi, haqq yolun gedən əsgərim Çıxdığın yol ululardan uludur Gücün imzasında tarixlər yazan Dəmir yumruq sərkərdənin qoludur Sərhədçi, haqq yolun gedən əsgərim Çıxdığın yol ululardan uludur Gücün imzasında tarixlər yazan Dəmir yumruq sərkərdənin qoludur ♪ Sən ey hərbçinin həyat yoldaşı Gözləri həsrətlə yol çəkən qadın Qürurlan, igidin xidmətindəsən Sənə əmanətdir körpə övladın Qanınla can verdin xarı bülbülə Sevindi torpağın, sevindi daşın Qəhrəman şəhidim, nur içində yat Aldı qisasını döyüş yoldaşın Hərbçi, haqq yolun gedən əsgərim Çıxdığın yol ululardan uludur Gücün imzasında tarixlər yazan Dəmir yumruq sərkərdənin qoludur Sərhədçi, haqq yolun gedən əsgərim Çıxdığın yol ululardan uludur Gücün imzasında tarixlər yazan Dəmir yumruq sərkərdənin qoludur