Bağışla, mən unuda bilmirəm səni Saçlarıma düşsə də həsrətin dəni Mən qova bilmirəm, inan bu xatirəni İllər də yetişmir, inan köməyə Bağışla, mən unuda bilmirəm səni Qaytarmaq da olmur ötüb keçəni Yuxuda bircə gün desəm - gördünmü məni? Bircə söz tapdınmı mənə deməyə? Bağışla bu dəli sevdaya özün məni Bağışla bu sənli dünyaya məni Bağışla bu sevdiyim gözəl tanrıya məni Unuda bilmirəm səni mən Bağışla! Bağışla, mən unuda bilmirəm səni Ömrümdə yük olub səni sevəni Ruhumda bir yolu qatmır cansız bədəni Unutsam, hazıram bu gün ölməyə Bağışla, mən unuda bilmirəm səni Qaytarmaq da olmur ötüb keçəni Yuxuda bircə gün desəm - gördünmü məni? Bircə söz tapdınmı mənə deməyə? Bağışla bu dəli sevdaya özün məni Bağışla bu sənli dünyaya məni Bağışla bu sevdiyim gözəl tanrıya məni Unuda bilmirəm səni mən Bağışla! Bağışla bu dəli sevdaya özün məni Bağışla bu sənli dünyaya məni Bağışla bu sevdiyim gözəl tanrıya məni Unuda bilmirəm səni mən Bağışla!