Kishore Kumar Hits

Tünzalə - Gecələr lyrics

Artist: Tünzalə

album: Salamat Qal


Sənsizəm, sənsizəm gözlərimdən
Yaş düşən gecələrdə, gecələrdə
Yorularaq, yorularaq yastığa baş düşən gecələrdə
Gecələrdə
Gələn yox, qapı bağlı
Çaşır adamın ağlı, adamın ağlı
Axşamları qayğılı, boş düşən gecələrdə
Göy üzü dama-dama
Ulduzlar damla-damla
Dözmək olmur başıma
Daş düşən gecələrdə
Göy üzü dama-dama
Ulduzlar damla-damla
Dözmək olmur başıma
Daş düşən gecələrdə
Mən yuxusuzam növbəti payız gecəsi
Qəlbim daş dəymiş pəncərə şüşəsi
Odlu dodaqlar isitmir buzlu nəfəsi
Çatdırır külək yarpaqlarla incə səsi
O səs danışır daş düşən gecələrdən
Gözyaşıyla mənsiz qaldığı küçələrdən
İlk görüş yerimizdə donmuş kürsülərdən
Bizi ayıran, keçilməz beton körpülərdən
Saniyələrdən, dəqiqələrdən, saatlardan
Sənsiz açılmayan, uçmayan qanadlardan
Cavabsız qalan çoxsaylı suallardan
Son sözünlə tikdiyin sərt divarlardan
İstərdim gəlim, gələn yox, qapım bağlı
Səni saxlamağa, inan, çatmadı ağlım
Ürək dağılıb, köynəyimin altında şəklin
İndi öpüşən küçələrdə ağrılı təklik
Qırmaram, qırmaram ümidimi
Gözləyərəm mən səni, səni
Sınıq vaqonlar kimi
Sınıq vaqonlar kimi
(Mən səni sevirəm hələ də, canım mənim)
Ötüşən gecələrdə orada adın yazılıb
Sahil qumu qızılı, ləpələr nazlı-nazlı
Öpüşən gecələrdə
Qara hərflərlə sevgi sözünü yazdıq
Uçurub göy üzünə, baxıb həyatda azdıq
Qısqanclıq hislərini şeytana satdıq
İndi təkəm, otaq gözyaşında yastıq
Bəlkə, deyəsən, unudum səni necə?
Sevgi durna deyil, payızda köçə
Susma, danış, son söz denən sadəcə
Bizi ayırır gözü yumulu gecə
Göy üzü dama-dama
Ulduzlar damla-damla
Dözmək olmur başıma
Daş düşən gecələrdə
Göy üzü dama-dama
Ulduzlar damla-damla
Dözmək olmur başıma
Daş düşən gecələrdə
Göy üzü dama-dama
Ulduzlar damla-damla
Dözmək olmur başıma
Daş düşən gecələrdə
Göy üzü dama-dama
Ulduzlar damla-damla
Dözmək olmur başıma
Daş düşən gecələrdə

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists