Sən mənim yazıma birinci yağış Sən mənim qışıma sonuncu qardın O, mənim qəlbimdə ünvan tapmamış Pərişan bir eşqi hara apardın? Sən getdin, təbiət bir səs itirdi Bir sevgi dastanı qaldı yarımçıq Bir ulduz əbədi buluda girdi Bir çiçək göyərib soldu yarımçıq Son dəfə dinlədim ayaq səsini Qəlbimdə bir tufan qopdu dərindən Sən getdin, elə bil Yer kürəsini Ayırdın bir anlıq öz mehvərindən ♪ Sən getdin, son həsrət eşqi gözündən Qəlbimə axmadı, axmadı sözlə Bəlkə oğurlayıb səni özümdən Sənə qaytarırdım bu ayrılıqla? Son dəfə dinlədim ayaq səsini Qəlbimdə bir tufan qopdu dərindən Sən getdin, elə bil Yer kürəsini Ayırdın bir anlıq öz mehvərindən Son dəfə dinlədim ayaq səsini Qəlbimdə bir tufan qopdu dərindən Sən getdin, elə bil Yer kürəsini Ayırdın bir anlıq öz mehvərindən