Azərbaycanın şah damarısan Qurucu İlhamdan sən güc alırsan Sənət dünyamsan, xan ocağımsan Təbiətin tacısan, Gəncə Fəvvarələr göyə nəğmə ucaldır İlhamlı ürəklər qürub yaradır Göygölün, Kəpəzin səndən ruh alır Əfsanələr şəhəri - qədim Gəncə Adın məğrur, başın uca Çinarların göy boyunca Özün cavan, yaşın qoca Ölkənin baharısan – Gəncə Ucalırsan gündən-günə Sözüm yetmir, qoşam vəsfinə Gözəlləşən siman əziz Vətənimin vüqarı – Gəncə ♪ Gəlir minillərdən harayın səsin Tarixdir hər ilin, hər ayın sənin Sözlə ucalıbdır sarayın sənin Nizaminin yurdusan – Gəncə Yenilməzlik sənin qanında yaşar Mərdlik torpağının suyundan daşar Qurucu İlhamla min uğur yaşar Kübarda qocalıq sənə yaraşır Adın məğrur, başın uca Çinarların göy boyunca Özün cavan, yaşın qoca Ölkənin baharısan – Gəncə Ucalırsan gündən-günə Sözüm yetmir, qoşam vəsfinə Gözəlləşən siman əziz Vətənimin vüqarı – Gəncə Adın məğrur, başın uca Çinarların göy boyunca Özün cavan, yaşın qoca Ölkənin baharısan – Gəncə Ucalırsan gündən-günə Sözüm yetmir, qoşam vəsfinə Gözəlləşən siman əziz Vətənimin vüqarı – Gəncə Vətənimin vüqarı – Gəncə