Qoy mən yenə söhbət açım ilk baharımdan Nəğməm ilə bir də keçim öz diyarımdan Qoy mən yenə söhbət açım ilk baharımdan Nəğməm ilə bir də keçim öz diyarımdan Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü Gəl-gəl deyir şən Azərbaycan Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır Hər yanı gülşən Azərbaycan!
El qızları düzüm-düzüm Kür qırağında Min gül açır Gəncəmizin hər budağında Dost elləri Qarabağın dağ vüqarlıdır Gen çölləri bu torpağın xoş baharlıdır Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü Gəl-gəl deyir şən Azərbaycan Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır Hər yanı gülşən Azərbaycan! ♪ Hər damlası layla çalan göy Xəzərin var Hər ulduzu nəğmə olan min şəhərin var Keçdim yenə çiçək-çiçək hər mahalından Öz yurdumun doymaz ürək yüz vüsalından Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü Gəl-gəl deyir şən Azərbaycan Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır Hər yanı gülşən Azərbaycan! Hər yanı gülşən Azərbaycan! Hər yanı gülşən Azərbaycan!