Kishore Kumar Hits

Murad Arif - Yaşamalı - Zərbəçi lyrics

Artist: Murad Arif

album: Yaşamalı (Zərbəçi)


Yaşamalı...
Acısıyla, şiriniylə dadmalı
Həyat hər gün yenidir anlamalı
Bəzən gülməli olur
Bəzən isə ağlamalı...
Yaşamalı...
Yağış hərdən şəhəri islatmalı
Hərdən yaxınlardan uzaqlaşmalı
Soyuq bir dünyada şamtək yanmağı
Bacarmalı...
O gözlərdən təbəssüm yağacaq hələ
İlk baharda güllərin açacaq hələ
Günəş bir gün səninçün doğacaq hələ...

Ağır zərbələrə zərbəçi dözər
Lazım deyildi kəlbətin pressə, əlfəcin pyesə...
Təklik bərkidir mərdi, tərki-dünyanın təfəkkürü kimi sirlidi.
Məkrin tərkibi tərk edilən hər kimin təkəbbürü kimi kirlidi...
Sən elə mənsən, mən elə sən, əgər gecələr dəmsənsə...
Sənin sənə səni sənsən...
Sən sənsənsə
Hər kəsə tüpür! Rədd elə!
Arxamca bağır gəlim...
Xonçada donuz başı kimi görünəndə çağır gəlim...
Tək əldən səs çıxmaz deyən, həyatdan tək əlli yapışıb...
Feys-kontrolu keçə bilən köpəyin abrına nə gəlib, yaxşı?!
Səs salırdım ki, yatanlar ayılsın özüm oyandığımda
Arxamca danışırmış arxasında dayandığım da...
Arxayın arxayın...

Dəniz coşub qayalara çırpınanda
Göylər bezib, ildırımlarla çaxanda
Sonuncu gün ümid qalır bu dünyada
Son ümid var bu dünyada
İnan ki, sən nə ilk nə son dərdli adam
Həyat budur, yorulsan da yola davam
O sinəndə ürək vurursa durmadan
Bezmək olmaz yaşamaqdan...
Yaşamalı...
Yağış hərdən şəhəri islatmalı
Hərdən yaxınlardan uzaqlaşmalı
Soyuq bir dünyada şamtək yanmağı
Bacarmalı,yaşamalı...

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists