Kishore Kumar Hits

İradə İbrahimova - Popurri: Bakı Əziz Şəhər, Aça-Aça Güllərimiz, Ağacda Leylək lyrics

Artist: İradə İbrahimova

album: Sinqllar 2005-2010


Bakı, əziz şəhər, mehriban diyar
Sinəndə boy atıb oldum bəxtiyar
Səndə ilk eşqimin yadigarı var
Sən mənim söhbətim
Şərəfim, şöhrətim
Tükənməz dövlətim, əzizimsən
Sən mənim söhbətim
Şərəfim, şöhrətim
Tükənməz dövlətim, əzizimsən
Gözəl Bakı!
Gözəl Bakı!

Baxdıqca doymuram gözəlliyindən
Şirin nəğmə qədər sevimlisən sən
Hər yerdə, hər zaman deyəcəyəm
Sən mənim söhbətim
Şərəfim, şöhrətim
Tükənməz dövlətim, əzizimsən
Sən mənim söhbətim
Şərəfim, şöhrətim
Tükənməz dövlətim, əzizimsən

Bu gün şən bayramıdır ellərin
Lalələr bayrağıdır çöllərin
Çöllərdə gül yığağın, dostlarım
Çalağın, oynayağın, dostlarım
Bayramlar çox yaraşır bizlərə
Bayramda nəğmə yağır düzlərə
Bayramlar çox yaraşır bizlərə
Bayramda nəğmə yağır düzlərə
Alışan gözlərə bax, gözlərə
Oynamaq çox yaraşır sizlərə
Bu gün şən bayramıdır ellərin
Lalələr bayrağıdır çöllərin

Səsimiz hər tərəfi bəzəsin
Gülüşlər çiçəklərə bənzəsin
Bu gün şən bayramıdır ellərin
Lalələr bayrağıdır çöllərin
Ulduzlar fişənglərin kölgəsi
Yurdumuz işıqların ölkəsi
Ulduzlar fişənglərin kölgəsi
Yurdumuz işıqların ölkəsi
Bu gün şən bayramıdır ellərin
Lalələr bayrağıdır çöllərin
Alışan gözlərə bax, gözlərə
Oynamaq çox yaraşır sizlərə

Xalqımın günləri
Nə gözəl, necə şən keçir!
Ən şirin arzular
Ürəyimdən keçir
Ah!
Çala-çala min zəfər
Hər nəfər yurdumuzda
Abad olur el-oba
Kənd, şəhər yurdumuzda
Yurdumda, yurdumda
Aça-aça güllərimiz
Daşa-daşa sellərimiz
Yaşa-yaşa ellərimiz
Günlərimiz var!
Var...
Aça-aça güllərimiz
Daşa-daşa sellərimiz
Yaşa-yaşa ellərimiz
Günlərimiz var!

Gözəldir, a dostlar
Elimin toyu, bayramı
Bu azad mahnını
Qoy dinləsin hamı
Ah!
Çala-çala min zəfər
Hər nəfər yurdumuzda
Abad olur el-oba
Kənd, şəhər yurdumuzda
Yurdumda, yurdumda
Aça-aça güllərimiz
Daşa-daşa sellərimiz
Yaşa-yaşa ellərimiz
Günlərimiz var!
Var...
Aça-aça güllərimiz
Daşa-daşa sellərimiz
Yaşa-yaşa ellərimiz
Günlərimiz var!

Aça-aça güllərimiz
Daşa-daşa sellərimiz
Yaşa-yaşa ellərimiz
Günlərimiz var!
Var...
Aça-aça güllərimiz
Daşa-daşa sellərimiz
Yaşa-yaşa ellərimiz
Günlərimiz var!

Ağacda leylək yuva bağlar gedər
Ağacda leylək yuva bağlar gedər
Qız sevən oğlan hara ağlar gedər?
Qız sevən oğlan hara ağlar gedər?
Ağacda alma yanağı qırmızı
Ağacda alma yanağı qırmızı
Dər səbətə, yığ onu, bağban qızı
Dər səbətə, düz onu, bağban qızı

Ağacda alma yetişib, dər, tez ol
Dostlar üçün sən onu göndər, tez ol

Ağacda alma yetişib, dər, tez ol
Dostlar üçün sən onu göndər, tez ol
Dostlar üçün sən onu göndər, tez ol
Yaşıl bağın bəzəyidir ağ alma
Yaşıl bağın bəzəyidir ağ alma
Almanı dərdim, daha bağda qalma
Almanı dərdim, daha bağda qalma
Yaşıl bağın bəzəyidir ağ alma
Yaşıl bağın bəzəyidir ağ alma
Almanı dərdim, daha bağda qalma
Almanı dərdim, daha bağda qalma

Yaşıl bağın bəzəyidir ağ alma
Yaşıl bağın bəzəyidir ağ alma
Almanı dərdim, daha bağda qalma
Almanı dərdim, daha bağda qalma
Yaşıl bağın gözəlidir ağ alma
Bizim bağın gözəlidir ağ alma
Almanı dərdim, daha bağda qalma
Almanı dərdim, daha bağda qalma
Almanı dərdim, daha bağda qalma
Almanı dərdim, daha bağda
Daha bağda, daha bağda qalma!

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists