Kishore Kumar Hits

İradə İbrahimova - Müjgan lyrics

Artist: İradə İbrahimova

album: Get


Dünyanı baxışıyla mənə bağışlayan
Həsrətimi vüsalına calayan
Körvəlmək istədiyim hər an
Tanrıma dua edirəm ki, sən varsan
Sabahıma günəş doğuran
Zülmət gecələrdə yanan ayımsan
Mələk kimi şərdən qorunan
Sən mənim tanrıdan ən gözəl payımsan
Müjgan, sən xəyanətsiz sevgidən yaranmısan
Müjgan, tanrının nur qələmiylə boyanmısan
Müjgan, Müjgan, hər kəs sənə heyran
Kim görürsə, ilk baxışdan gözlərini sevir
Müjgan, Müjgan, canım sənə qurban
Hər gülüşün sabahıma yeni ümidlər verir

Ən şirin arzuları qəlbimdə yaşadan
Üşüdüyüm qış gecəsi yayımsan
Mənə ürkək baxdığın zaman
Arzum bu tanrıdan – sən xoşbəxt olasan
Sabahıma günəş doğuran
Zülmət gecələrdə yanan ayımsan
Mələk kimi şərdən qorunan
Sən mənim tanrıdan ən gözəl payımsan
Müjgan, sən xəyanətsiz sevgidən yaranmısan
Müjgan, tanrının nur qələmiylə boyanmısan
Müjgan, Müjgan, hər kəs sənə heyran
Kim görürsə, ilk baxışdan gözlərini sevir
Müjgan, Müjgan, canım sənə qurban
Hər gülüşün sabahıma yeni ümidlər verir

(Müjgan)

(Müjgan)

Müjgan, Müjgan
Müjgan, Müjgan, hər kəs sənə heyran
Kim görürsə, ilk baxışdan gözlərini sevir
Müjgan, Müjgan, canım sənə qurban
Hər gülüşün sabahıma yeni ümidlər verir

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists