Kishore Kumar Hits

İradə İbrahimova - Eşidərsənmi lyrics

Artist: İradə İbrahimova

album: Qəm Qalası


Sənsən həsrətimin, inan günahı
Ömrümün fatehi, könlümün şahı
Sənsən həsrətimin, inan günahı
Ömrümün fatehi, könlümün şahı
Tənhalıq canımın ümid sabahı
Tənhalıq canımın ümid sabahı
Xeyli uzaqdasan, yerin boş qalıb
Gördüyün gülzarda qaya, daş qalıb
Ürəkdə qəm-kədər, gözdə yaş qalıb
Çağırsam, səsimi eşidərsənmi?
Xeyli uzaqdasan, yerin boş qalıb
Gördüyün gülzarda qaya, daş qalıb
Ürəkdə qəm-kədər, gözdə yaş qalıb
Çağırsam, səsimi eşidərsənmi?
Eşidərsənmi, eşidərsənmi?
Eşidərsənmi, eşidərsənmi?

Ayrılıq atəşi mənim ahımda
Sənsən təsəllim də, qibləgahım da
Ayrılıq atəşi mənim ahımda
Sənsən təsəllim də, qibləgahım da
İlkin güvəncim də, son pənahım da
İlkin güvəncim də, son pənahım da
Xeyli uzaqdasan, yerin boş qalıb
Gördüyün gülzarda qaya, daş qalıb
Ürəkdə qəm-kədər, gözdə yaş qalıb
Çağırsam, səsimi eşidərsənmi?
Xeyli uzaqdasan, yerin boş qalıb
Gördüyün gülzarda qaya, daş qalıb
Ürəkdə qəm-kədər, gözdə yaş qalıb
Çağırsam, səsimi eşidərsənmi?
Eşidərsənmi, eşidərsənmi?
Eşidərsənmi, eşidərsənmi?
Körpülər salaram dənizlər üstə
Əzizim, gəl qurtar məni qəfəsdən
Çağırsan, düşmərəm heç vaxt həvəsdən
Ağlasam, səsimi eşidərsənmi?
Körpülər salaram dənizlər üstə
Əzizim, gəl qurtar məni qəfəsdən
Çağırsan, düşmərəm heç vaxt həvəsdən
Ağlasam, səsimi eşidərsənmi?
Xeyli uzaqdasan, yerin boş qalıb
Gördüyün gülzarda qaya, daş qalıb
Ürəkdə qəm-kədər, gözdə yaş qalıb
Çağırsam, səsimi eşidərsənmi?
Xeyli uzaqdasan, yerin boş qalıb
Gördüyün gülzarda qaya, daş qalıb
Ürəkdə qəm-kədər, gözdə yaş qalıb
Çağırsam, səsimi eşidərsənmi?
Eşidərsənmi, eşidərsənmi?
Eşidərsənmi, eşidərsənmi?
Çağırsam, səsimi eşidərsənmi?
Ağlasam, səsimi eşidərsənmi?

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists