Aldandımsa sənə, məni avam bilmə
İnandımsa, bil ki, inanmaram yenə
Acizliyimə kənardan baxıb gülmə
Get! Dönmə geri
Necə sevmişəm, elə də unudaram
Xəyanətin içimdəki könül yaram
Qorxuram, səni yenə də bağışlaram
Odur ki, get, dönmə geri
Dönmə geri, ümidli anlarımın qənimi
Saflığına inandırma məni
Get, dönmə geri
Dönmə geri, apar özünlə qəmi, kədəri
Unut məni, unut o günləri
♪
Sevgi dolu bir dünyamı alt-üst etdin
Ümid verib sonra geri alıb itdin
Olmağın olmamağından daha çətin
Get! Dönmə geri
Necə sevmişəm, elə də unudaram
Xəyanətin içimdəki könül yaram
Qorxuram, səni yenə də bağışlaram
Odur ki, get, dönmə geri
Dönmə geri, ümidli anlarımın qənimi
Saflığına inandırma məni
Get, dönmə geri
Dönmə geri, apar özünlə qəmi, kədəri
Unut məni, unut o günləri
♪
Odur ki, get, dönmə geri
Dönmə geri, ümidli anlarımın qənimi
Saflığına inandırma məni
Get, dönmə geri
Dönmə geri, apar özünlə qəmi, kədəri
Unut məni, unut o günləri
Get, dönmə geri
Dönmə geri
Get
Поcмотреть все песни артиста