Hər nəfəs aldığımda səni düşünürəm Hər nəfəs verdiyimdə səni anıram Gecələr tənha qalıram həsrətinlə Sənsiz səninlə yaşayıram Yaşamaq deyirsənsə, inan, istəmirəm Nə ad vermək olar ki, buna – tapa bilmirəm... Hər tərəfə baxanda səni görürəm Alın yazım deyilsən, bunu bilirəm... Sən, sanki bir külək – əsib, getdin Qəlbimi məndən alıb, getdin Sən, sanki bir nağıl olub, bitdin "Biri varmış, biri yoxmuş" kimi itdin... Mən, sanki çarəsiz bir dilənçi Sevginə möhtacam, yanır içim! Gəl, gör bir halımı – sənsizlikdə Gözlərim kor olub gözləməkdən... ♪ Hər nəfəs aldığımda səni düşünürəm Hər nəfəs verdiyimdə səni anıram Gecələr tənha qalıram həsrətinlə Sənsiz səninlə yaşayıram Yaşamaq deyirsənsə, inan, istəmirəm Nə ad vermək olar ki, buna – tapa bilmirəm... Hər tərəfə baxanda səni görürəm Alın yazım deyilsən, bunu bilirəm...
Sən, sanki bir külək – əsib, getdin Qəlbimi məndən alıb, getdin Sən, sanki bir nağıl olub, bitdin "Biri varmış, biri yoxmuş" kimi itdin... Mən, sanki çarəsiz bir dilənçi Sevginə möhtacam, yanır içim! Gəl, gör bir halımı – sənsizlikdə Gözlərim kor olub gözləməkdən...