Səsimə səs versin vətən elləri Kükrəyib, bəndləri yıxmaq vaxtıdır! Yurduma uzanan qara əlləri Dağlamaq, yandırmaq, yaxmaq vaxtıdır! Yurduma uzanan qara əlləri Dağlamaq, yandırmaq, yaxmaq vaxtıdır! Vətən oğulları düşmənə sipər Vətənsiz yaşamaq ölümdən betər! Desinlər "Savaşda öldü, bəxtəvər!" Murovdan Göyçəyə baxmaq vaxtıdır! Haydi, misri-qılınc! Haydi, Koroğlu! Haydi, bu torpağın igid, nər oğlu! Yenilməz vətənin hünərvər oğlu Hazır ol səfərə çıxmaq vaxtıdır! Hazır ol səfərə çıxmaq vaxtıdır! ♪ Həsrət qırx qızımın qəddini əyib Bülbülün köksünə güllələr dəyib Qəzəbi, nifrəti şimşək eləyib Düşmənin başına çaxmaq vaxtıdır! Qəzəbi, nifrəti şimşək eləyib Düşmənin başına çaxmaq vaxtıdır! Biz halal yemişik duzu-çörəyi Allah yerdə qoymaz haqqı, əməyi! Bayrağa döndərib qanlı köynəyi Şuşa qalasına taxmaq vaxtıdır! Haydi, misri-qılınc! Haydi, Koroğlu! Haydi, bu torpağın igid, nər oğlu! Yenilməz vətənin hünərvər oğlu Hazır ol səfərə çıxmaq vaxtıdır! Hazır ol səfərə çıxmaq vaxtıdır! Haydi, misri-qılınc! Haydi, Koroğlu! Haydi, bu torpağın igid, nər oğlu! Yenilməz vətənin hünərvər oğlu Hazır ol səfərə çıxmaq vaxtıdır! Hazır ol səfərə çıxmaq vaxtıdır! Hazır ol səfərə çıxmaq vaxtıdır!