Əlvida, sevgilim, mən gedirəm Sabaha ümidlər bəsləmə Özüm də bilmirəm nə edirəm Sən məni bir daha səsləmə Səni mən bir daha görməsəm də Taleyin hökmü ilə barışma Geriyə, yanına dönməsəm də Mənsiz olmağına alışma Əlvida, sevgilim, gedirəm Həsrətin mənə vermir aman Yaşanmış günlərin nisgili Artacaq hər zaman Əlvida, sevgilim, gedirəm Körpüsüz sahilə dönmüşəm Kim bilir başına gələni? Bəxtimdən küsmüşəm ♪ Nigaran, nigaran baxışlarla Mən gedən yolları izləmə Taleyin vurduğu naxışlarla Bəzənmiş həyatı pisləmə Əlvida, sevgilim, mən gedirəm Kaş səninlə qalmaq olaydı! Səni yox, özümü tərk edirəm Kaş səninlə həyat dolaydı Əlvida, sevgilim, gedirəm Həsrətin mənə vermir aman Yaşanmış günlərin nisgili Artacaq hər zaman Əlvida, sevgilim, gedirəm Körpüsüz sahilə dönmüşəm Kim bilir başına gələni? Bəxtimdən küsmüşəm ♪ Əlvida, sevgilim, gedirəm Həsrətin mənə vermir aman Yaşanmış günlərin nisgili Artacaq hər zaman Əlvida, sevgilim, gedirəm Körpüsüz sahilə dönmüşəm Kim bilir başına gələni? Bəxtimdən küsmüşəm