Kishore Kumar Hits

Eldar Mansurov - Gecələr Keçir - Remake lyrics

Artist: Eldar Mansurov

album: Retro, Vol. 7


Səhərə nə qalir? Ulduzlar sönür
Səhərin yollari gecədən keçir
Üfüqdə bir solğun şəfəq görünür
Bu da bir qəribə gecədir keçir
Bir gecə səninlə çəkildik bağa
Bağ yazıq nə desin sevən qonağa?
Gördünmü ay necə baxır ocağa
Elə bil alovdan nur çəkir keçir
Gecələ bu iliq gecəni məndə
Yada sal olanı keçəni məndə
Gecələ hər gecə gecəni məndə
Deyirsən gedirəm gecədir gecdir
Bir gecə səninlə çəkildik bağa
Bağ yazıq nə desin sevən qonağa?
Gördünmü ay necə baxır ocağa?
Elə bil alovdan nur çəkir keçir
Bağa gəlim gecələ gecəni məndə
Gizlətmə olanı keçəni məndən
Səni ayrı salan gecəmi məndən
Onun nə günahı gecədir keçir
Bir gecə səninlə çəkildik bağa
Bağ yazıq nə desin sevən qonağa?
Gördünmü ay necə baxır ocağa
Elə bil alovdan nur çəkir keçir

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists