Kishore Kumar Hits

Eldar Mansurov - Nərgizim lyrics

Artist: Eldar Mansurov

album: Best Songs, Vol. 1


Səninlə bəzənir baharım, yazım
Gözünə baxmaqdan doymayır gözüm
Sənin həsrətinə qalmayıb dözüm
Bağımın ən gözəl gülü - Nərgizim
Biz iki insanıq eyni ürəkdə
Eyni arzudayıq, eyni diləkdə
Əbədi bir gül ol, solma fələkdə
Bağımın ən gözəl gülü - Nərgizim
Gəl, sənin gəldiyin yoluna qurban
Əlin ver əlimə, əlinə qurban
Mənə "can-can" deyən dilinə qurban
Bağımın ən gözəl gülü - Nərgizim
Gəl, sənin gəldiyin yoluna qurban
Əlin ver əlimə, əlinə qurban
Mənə "can-can" deyən dilinə qurban
Bağımın ən gözəl gülü - Nərgizim

Sevdanın taleyi sənin əlində
Nədir ürəyində, nədir dilində
İstəsən ölərəm sənin yolunda
Bağımın ən gözəl gülü - Nərgizim
Bilirəm, sevginə sədaqətlisən
Əslində Leylidən məhəbbətlisən
Açmamış qönçətək təravətlisən
Bağımın ən gözəl gülü - Nərgizim
Gəl, sənin gəldiyin yoluna qurban
Əlin ver əlimə, əlinə qurban
Mənə "can-can" deyən dilinə qurban
Bağımın ən gözəl gülü - Nərgizim
Gəl, sənin gəldiyin yoluna qurban
Əlin ver əlimə, əlinə qurban
Mənə "can-can" deyən dilinə qurban
Bağımın ən gözəl gülü - Nərgizim

Gəl, sənin gəldiyin yoluna qurban
Əlin ver əlimə, əlinə qurban
Mənə "can-can" deyən dilinə qurban
Bağımın ən gözəl gülü - Nərgizim
Gəl, sənin gəldiyin yoluna qurban
Əlin ver əlimə, əlinə qurban
Mənə "can-can" deyən dilinə qurban
Bağımın ən gözəl gülü - Nərgizim
Bağımın ən gözəl gülü - Nərgizim
Bağımın ən gözəl gülü - Nərgizim

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists