Bir payız gecəsi ne uzun oldu Səhərim nə yaman gecikir mənim? Baharım gəlməmiş çiçəyim soldu Hər işdə ləngidi budur qismətim Gözlərim gözünə dikilir sənin Xəyalım yanına köçə bilməyir. Açır kirpiklərini uzun gecənin Qara köynəyini keçə bilməyir Bu payız gecəsi yaman uzandı Yuxum tikan kimi batır gözümə Bir fikir közərib, o fikri dandı Bir gecəlik həsrət ömürmüş, demək. Sirrimiz, sevdamız yatır dərində Özüm-özüm üçün, unudulmuşam Mənim ki, intizar gecələrimdə Sənə özümdən də yaxın olmuşam... Bu payız gecəsi yaman uzandı Yuxum tikan kimi batır gözümə Bir fikir közərib, o fikri dandı Bir gecəlik həsrət ömürmüş, demək. Bu payız gecəsi yaman uzandı Yuxum tikan kimi baxtır gözümə Bir fikir közərib, o fikri dandı Bir gecəlik həsrət ömürmüş, demək.