Məni qova-qova namərd edirsən Taleyim gəlmişdi mələk donunda İblis libasını gözüm görmədi Bir çiçək kimi idi qışın sonunda Bahar görməy macal vermədi Qismətim, qarşında gücsüzəm deyə Hara sürüyürsən, hara gedirsən Tanrının gözündən yayınıb niyə Öz hökmüm, öz əlim kəsib doğradı Taledən heç nəyi soruşmaq olmur Mən öz həyatımla barışa bilmədim Çünki xəyanətlə barışmaq olmur Tanrıdan gizlənib ömür bağımda Çırpırsan üzümə dumanı, çəni Mən səni bir zaman bağışlasam da Allah bağışlamaz, aldatma məni