Kishore Kumar Hits

Eldar Mansurov - Yandır, Günəş, Yandır Məni lyrics

Artist: Eldar Mansurov

album: Best Songs (Vol. 2)


Göydən alov ələnəydi,
Həsrəti əridəydi,
Səni mənə yetirəydi,
Yandır Günəş, yandır məni.
Xəzərimin qumu dən-dən,
Göz yaşımı qurut birdən,
Dillərmirsən yoxsa dərddən,
Yandır Günəş, yandır məni.
İşığı yox sözlərimin,
Ümidi yox gözlərimin,
Sevinci yox nə gözlərəm,
Yandır Günəş, yandır məni.
Kör bəxtimin gözü bağlı,
Ömrüm zülmət, sinəm dağlı,
Harda qaldın, gül yanaqlım,
Yandır Günəş, yandır məni.
Gümanlımın şam işığı,
Yara bilməz qaranlığı,
Xoşbəxt olum bir anlığıa,
Yandır Günəş, yandır məni.
İşığı yox sözlərimin,
Ümidi yox gözlərimin,
Sevinci yox nə gözlərəm,
Yandır Günəş, yandır məni.

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists