Səni bir qaranlıq gecənin Zəngi apardı bu dünyadan Bəlkə bu gecənin zəngini Təskinlik üçün uydurmuşam? Yoxluğuna mən inanmadım Çox yalvardım, ana, çox sənə Güc gələ bilmədi harayım Gecənin bu bəd xəbərinə ♪ Allah bu günahımı bilsə Bağışlamaz heç zaman məni Qoruya bilmədim ölümdən Nə atamı, nə də ki, səni Atamın könlünü al, ana Bəlkə soyuyar bir az kini? Mən də sənin bir gün yanına Həmişəlik gələnə kimi ♪ Deyirlər, insan sönəndə Talehinin ulduzu axır Bəs niyə Niyə göylərin üzündən Mənə bir təzə Təzə ulduz baxır? Niyə, ana?