Başım qarışdı, bu dəli fikirlərin içində qarışıram Cismimə dəymə, yerdən qopmuşam, ruhumla alışıram Soyuq divarlar, tənha otaqda özümlə danışıram Ömür yarışdır, mən bu yarışda ölümlə dalaşıram Gələ-gələ, gedə-gedə Yenə-yenə, pillə-pillə gedə-gedə Gəlir mənə elə-belə bu həyat Görə-görə, gedə-gedə... Yağış olmuşam, yağıb dolmuşam göylərdən yerə Leysan olmuşam, sel aparmışam gözlərdən yerə Xəyala dalmışam, güzgüyə baxdım Nə hala qalmışam, çox qocalmışam... Mən bu canımı borca almışam göylərdən yerə