Uzaq səfərdə idi, Gözü üfüqdə idi. Sahilə can atırdı, Sanki qəfəsdə idi. Neçə-neçə limanda, Sevgilisi var idi, Onun üçün hər gözəl, Onun üçün hər gözəl, Yeni bir aləm idi. Sahilə çıxdı matros, Təzə eşq tapdı matros, Daha bir qəlb yandırıb Daha bir qəlb yandırıb Gəmiyə döndü matros! Sahilə çıxdı matros, Təzə eşq tapdı matros, Daha bir qəlb yandırıb Daha bir qəlb yandırıb Gəmiyə döndü matros! Unudurdu bir anda, Köhnə sevgilisini, Qayğısızdı həyatda, Gəzirdi təzəsini... Nə biləydi o anda Elə bnir gün gələcək Elə həmin limanda, Elə həmin liamanda Həmişəlik sevəcək?... Sahilə çıxdı matros, Təzə eşq tapdı matros, Arzusun tapdı matros Səfərlərin birində, Səfərlərin birində Sahildə qaldı matros. Sahilə çıxdı matros, Təzə eşq tapdı matros, Arzusun tapdı matros Səfərlərin birində, Səfərlərin birində Sahildə qaldı matros. Lakin bu məhəbbətin Qisməti başqa oldu, Bu dəfə səadəti gözləyən özü oldu Neçə-neçə ürəyin, Həsrəti yada düşdü. Öz bəxtiylə barışıb Öz bəxtiylə barışıb Özü özündən küsdü... Sahilə çıxdı matros, Təzə eşq tapdı matros, Daha bir qəlb yandırıb Daha bir qəlb yandırıb Gəmiyə döndü matros! Sahilə çıxdı matros, Təzə eşq tapdı matros, Daha bir qəlb yandırıb Daha bir qəlb yandırıb Gəmiyə döndü matros! Sahilə çıxdı matros... Gəmiyə döndü matros... Sahildə qaldı matros... Gəmiyə döndü matros...