Geyimimiz, hüququmuz bir idi Şagird idi hamımızın adı da Elə bil ki, boyumuz da eyni idi Aman Allah, nə xoşbəxtdik biz onda! Bir müəllim töhməti idi dərdimiz Bir töhmətdən için-için yanırdıq Hələ onda bilmirdik ki bunu biz Bir gün necə həsrət ilə anarıq Dünya hələ bizim üçün nağıldı Min arzuyla alışırdıq, yanırdıq Özümüzü biz hamıdan ağıllı Özümüzü nə bəxtəvər sanırdıq Məktəb illəri Ömrümün ən şirin, duyğulu, qayğısız günləri Hər anı bir ömrə bərabər sehrli günləri Ən təmiz arzulu günləri Məktəb illəri Ömrümün ən şirin, duyğulu, qayğısız günləri Hər anı bir ömrə bərabər sehrli günləri Ən təmiz arzulu günləri Hələ onda bu dünyanın şərindən Yalanından xəbərimiz yox idi Qəm-qüssəmiz, kədərimiz bir damcı Hələ onda sevincimiz çox idi Yazılanı bir silgiylə pozmaq da Bizim üçün nə asandı, nə asan Xəbərsiz ömrümüzə biz hələ Tale yazan pozulmayan yazıdan Dünya hələ bizim üçün nağıldı Min arzuyla alışırdıq, yanırdıq Özümüzü biz hamıdan ağıllı Özümüzü nə bəxtəvər sanırdıq Məktəb illəri Ömrümün ən şirin, duyğulu, qayğısız günləri Hər anı bir ömrə bərabər sehrli günləri Ən təmiz arzulu günləri Məktəb illəri Ömrümün ən şirin, duyğulu, qayğısız günləri Hər anı bir ömrə bərabər sehrli günləri Ən təmiz arzulu günləri Məktəb illəri Ömrümün ən şirin, duyğulu, qayğısız günləri Hər anı bir ömrə bərabər sehrli günləri Ən təmiz arzulu günləri Məktəb illəri Ömrümün ən şirin, duyğulu, qayğısız günləri Hər anı bir ömrə bərabər sehrli günləri Ən təmiz arzulu günləri Ən təmiz arzulu günləri Ən təmiz arzulu günləri