Göyün xətrinə kim dəyib? Kəsilmir, narın ağlayır Dumanla üzünü örtüb Kimsə duymasın, ağlayır Narın yağış səsin kəsə Yolçu qərib səsləyən kim? Gecə pəncərə önündə Göy qurşağı gözləyən kim? Xatirələr pərən – pərən Ümidlərim islanacaq Yağış sevgi duasıtək Ötənləri qaytaracaq Bulud buluda sevgili Şimşəyin odu sönübdür O qızın gözü göy üzü Narın yağışa dönübdür ♪ Ya bax günəşli şəhərə Bu yağış nə gətirəcək? Xatirələr yuyulduqca Kirpiklərim şeh çəkəcək Bir tənha qoca ağlayır Yağış kəsənə bənzəmir Evin dammağı o yana Ürəyi, qəlbi nəm çəkir Xatirələr pərən – pərən Ümidlərim islanacaq Yağış sevgi duasıtək Ötənləri qaytaracaq Bulud buluda sevgili Şimşəyin odu sönübdür O qızın gözü göy üzü Narın yağışa dönübdür Çox yağma sən, narın yağış Gözümə bax, qəlbim damır Torpaq əsir, məzar qərib Yağdıqca içim dağılır Çox yağma sən, narın yağış Gözümə bax, qəlbim damır Torpaq əsir, məzar qərib Yağdıqca içim dağılır Xatirələr pərən – pərən Ümidlərim islanacaq Yağış sevgi duasıtək Ötənləri qaytaracaq Bulud buluda sevgili Şimşəyin odu sönübdür O qızın gözü göy üzü Narın yağışa dönübdür ♪ Xatirələr pərən – pərən Ümidlərim islanacaq Yağış sevgi duasıtək Ötənləri qaytaracaq Ya bax günəşli şəhərə Bu yağış nə gətirəcək? Xatirələr yuyulduqca Kirpiklərim şeh çəkəcək