Oğlum, həyatda hər zaman üzün gülər Səndən uzaq olsun üzüntülər Sənə baxanda fərəhimdən mənim gözüm gülər Səadətin ətri həzin-həzin gələr Hər anaya görə oğlu dağdı Hər ataya bir oğul dayaq Sən də sevə-sevə quracaqsan Yeni bir ocaq Olsun ailən oğul-uşaqlı Görüb sevinə yaxın-uzaq Hələ qarşıda nə xoş anlar var Yaşanacaq... Xoşbəxt ol, oğlum Sənlə bağlıdır arzular Həyatda ən gözəl günləri Sən yaşayacaqsan Səndədir ağlım Ürəyim narahat qalar Unutma, böyüsən də Gözümdə uşaqsan ♪ Oğlum, xəyalım sənlə uçar hər yerə Sənsən bəzək verən bu ömürə Yaşananların hər anı duyğulu bir xatirə İnan mənə, yaşayıram sənə görə Hər anaya görə oğlu dağdı Hər ataya bir oğul dayaq Sən də sevə-sevə quracaqsan Yeni bir ocaq Olsun ailən oğul-uşaqlı Görüb sevinə yaxın-uzaq Hələ qarşıda xoş anlar var Yaşanacaq... Xoşbəxt ol, oğlum Sənlə bağlıdır arzular Həyatda ən gözəl günləri Sən yaşayacaqsan Səndədir ağlım Ürəyim narahat qalar Unutma, böyüsən də Gözümdə uşaqsan