Kishore Kumar Hits

Miri Yusif - Həyatım lyrics

Artist: Miri Yusif

album: Həyatım


Həyatım, axı qəm nədir?
Səhra gözündə bu nəm nədir?
Nə məndədir, nə səndədir
Günah, insan fani bəndədir
Həyatım, axı qəm nədir?
Səhra gözündə bu nəm nədir?
Nə məndədir, nə səndədir
Günah, insan fani bəndədir
Ola bilər, ayrılarıq
Ola bilər, bəlkə ayrılarıq
Heç ürəyinə salma
Kefini pozma
(Ay-ay-ay)
Bəlkə yarılarıq bir ömrü
Bəlkə hələ gözümüz görmür
Bəlkə ürək tələsir, dözmür
Bəlkə də fələk torun hörmür
Əzizim, insan oğlu ölmədən
O dünyanı bilmir görmədən
Yaşamadan, danışma bilmədən
Yaşamaq nədən ölümə bir nədən?
Həyatım, axı qəm nədir?
Səhra gözündə bu nəm nədir?
Nə məndədir, nə səndədir
Günah, insan fani bəndədir
Həyatım, axı qəm nədir?
Səhra gözündə bu nəm nədir?
Nə məndədir, nə səndədir
Günah, insan fani bəndədir

Qısa ömür, uzundur yollar
Yarım almanı yarı tamamlar
Yarım hər şey düzələr zamanla
Sən sadəcə bir şeyi anla
Nə qədər mən varam yanında
Məhəbbətin axırsa qanımda
Həm xoş, həm ən çətin anında
Durmuşam dağ kimi dalında
Həyatım, axı qəm nədir?
Səhra gözündə bu nəm nədir?
Nə məndədir, nə səndədir
Günah, insan fani bəndədir
Həyatım, axı qəm nədir?
Səhra gözündə bu nəm nədir?
Nə məndədir, nə səndədir
Günah, insan fani bəndədir

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists