İki min doqquzdan min-bir cürə ortam bizim! Rep üçün yol yortan vacibdir ki, yol-yordam bilsin İnanmırsan, Orxan desin Qəliz və dolaşıq məntiq Daha pisi: Tələb eləmir qətl, intihar izin Taburet ayağıva, boğazıva rezin Parçaladım battle entarisin Başında papaqdı, əlində bita! Belimdə çanta var, içində kitab Heç birinizi düzəldə bilmədim Ona görə mənə ustad deməyin bir daha Tutmadım onunla bərki daha Çün, böyüyü gəlmişdi, ərk daha elədi İzah elədim X-ə repçidir qida Synapsa diss, yəni fəqərəmə cıda Qəssab rapin axirətini gətirər bura üfür sûra Mənim tədbirimə gəlmədən mənə "dəyər verin" deyə deyənləri gətir bura Almadı öcünü və qaldı hıncı Rap üçün döyüşən ən axırıncı Sərkərdə üstümə hücum çəkdi və sındı bi yerinə girdi qılıncı X bogiest! Ruhum poltergeist idi Bu rejimə dözmədi Ventetta Indi bığlar babamın eynisidi Dalğam gələr, basar portu su Gəl dağıdaq yağının korpusun Mən – Nuru Paşa tək bir komandan Ordum – Qafqaz-İslam ordusu Cırıq şəpitlə bayrağın adını Qaldıran unudar dayağın dadını Doqquz aydır bir ketam var idi İki il oldu ki, ayağımdadı Ağzına tüpürüm, yax qırağına! Mənə diss yazanda takt buraxma! İllah ki söyməlisənsə bir tanrını, fakt buraxma Hərəkət eləməzdən öncə dərk elədim ərkimi mən Əziyyət çəkən hərkəs bərkiməz ki, mən kimi, nə vaxtsa sıxsın yumruğu nər kimi Synaps – Allində qəlsəmə, pər kimi X-in alnında fəlsəfə tər kimi Qəssab söz xəstəliyinə yoluxduran Həm söz xəstələrinin həkimi!