Oturmusan çayçıda Pürrəngi çay qabağında Sanki tac var başında Dünya sənə dar gəlir Çatana sən çatırsan Çatmayana daş atırsan Xəbərin yox özündən Bu dünyaya gələndən! İç çayını! Tap tayını! İç çayını! Tap tayını! Allahdan sən qorxmursan Böyük-kiçik saymırsan Özündən çox razısan Çünki zaman oğlusan Dost-qardaşın çoxdur sənin Var çox qıza məhəbbətin Nə çox yerdə var hörmətin O da nəyə görəsə! İç çayını! Tap tayını! İç çayını! Tap tayını! Dost-qardaşın çoxdur sənin Var çox qıza məhəbbətin Nə çox yerdə var hörmətin O da nəyə görəsə! İç çayını! Tap tayını! İç çayını! Tap tayını! İç çayını! Tap tayını!