Gördüm burda gör nələr, Yaşıl bağlar dərələr, Könlüm burda dincələr, Xəzərin sahilində. Qoca cavan çalışır, Qız oğlanla yarışır, Söhbət sözə qarışır, Xəzərin sahilində. Susuz səhra torpağa, əyri çılpaq yalavac, Tək dayanıb bir ağac, Xəzərin sahilində. Torpaq sarı qum sarı, Gözəldir rüzgarı, Əl çalır yarpaqları, Xəzərin sahilində.