Oyandım bu gün ayrı bir dünyada Burada sülh, savaş Fərq yox axı yaşadığım dünyadan Fırlanır çox yavaş Yanımda çox adam, amma dost az Hərənin bir rolu var Yarısı villain, yarısı qəhrəman Mən anti-hero like Megamind Bütün ulduzların parlamağa bir səbəbi var (səbəbi var) Düşən ulduzların digərlərinə qərəzi var bəlkə Mənə silah çəkmə Aramızdakı savaş soyuq Qəlbim buz tutub artıq Toxuna bilərsən ona ancaq oyub Daha dərinə getmədən Məni axtarmağa çalışma, daha şəffafam Görünmürəm gözə Malikanəm Wayne, amma içində tənhayam Yox ehtiyac sözə Başqalarından keçmir o hiss Mənə ancaq hüzn, sənə ancaq peace Yerim Slytherin, amma sənin Gryffindor Axı deyil bu son, mənə göstər yol Bütün sabahlarımı yığmışam dünənimə Eləmək üçün özümü xilas bu gün (Özümü xilas bu gün) Bütün savablarımı yığmışam kürəyimə Eləmək üçün çoxlu günah bu gün Biz qaranlıqdan yox, qaranlıqda tək qalmaqdan qorxuruq deyə Söndürəcəm dünyanın işığını, bu gecə görüşə bilək yenə