Kishore Kumar Hits

The Half - Birdən Ölsək lyrics

Artist: The Half

album: Birdən Ölsək


Birdən ölsək
Bəlkə bədbinlikdən
Yeyib-içib
Beynim boş qalır
Problem axtarır
Necəsə vaxt tapıb
Yenidən yaradır
Deyirəm, yox halım
Amma nə faydası?
Gülüm və ağlayım
Yaşamaq qaydası var
Səhəri açmağın
İstəyini yox sayıb
Ruhumu aldadıb
Boşluğa qaçmayım
Nə olar ki, həyatıma məqsəd tapa bilim
Mənasız olmağı xoşuma gəlmir mənim
Dəyər qat, maddiyyat, qazan, xərclə, sonra yat
Ölümdür unutdurur, sona çatır bu şeiriyyat
Burax bu söhbətləri
Onsuz həyat ötəri
Burax bu söhbətləri
Onsuz həyat ötəri
Birdən ölsək, onda neyləyərik?
Bəlkə bədbinlikdən əl çəkərik
Yeyib-içib daim rəqs edərik
Edərik, edərik, edərik
Birdən ölsək, onda neyləyərik?
Bircə günlük gizlə qəm-kədəri
Yaşa bacardıqca, ömür ötəri
Ötəri, ötəri, ötəri

İndini duyuram, oyanır həyat eşqim
Sevincə dolduqca doğuluram, doyuram yeni sevgim
Sığmaz ikən bədənimdə
Kədər gizlənir ən dərində
Həmişə onun nəzərindəyəm
Yox eləmək öz əlimdə
Deyil sanki illərlə üzərimdə çalışmış bir sənətkar var
O qərar verəcək nə vaxtdan başqa bir insan olmaq olar
Nə vaxt?
Nə vaxt?
Nə vaxt?
Nə vaxt qədrimi biləcəm?
Nə vaxt özümü sevəcəm?
Nə vaxt ömrüm bitənəcən
Yoxsa belə düşünəcəm?
Nə vaxt özümü sevəcəm?
Nə vaxt qədrimi biləcəm?
Nə vaxt ömrüm bitənəcən
Yoxsa belə düşünəcəm?
Burax bu söhbətləri
Onsuz həyat ötəri
Burax bu söhbətləri
Onsuz həyat ötəri
Birdən ölsək, onda neyləyərik?
Bəlkə bədbinlikdən əl çəkərik
Yeyib-içib daim rəqs edərik
Edərik, edərik, edərik
Birdən ölsək, onda neyləyərik?
Bircə günlük gizlə qəm-kədəri
Yaşa bacardıqca, ömür ötəri
Ötəri, ötəri, ötəri

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists