Kishore Kumar Hits

BADCLAUSE - EVE lyrics

Artist: BADCLAUSE

album: EVE


Məni bu ölkəyə bağlayan tək səbəb odur
Ayaqyalın gedərəm, yoluna səpsələr odu
Zülmətimdə yeganə mənzərəm odur
Ömür ecazkar bəstə, sənsə hər notu
Gecə-səhər otur, fikir elə, mənə isə sonun
Kor gözlərlə bax, mənsə səs olum
Məni görmür o, üzündəki əda isə solub
İnan, ürəyimcə deyil heç, nə isə, əsas odur
Tutub əllərimi "gedək" desin, mən
Soruşmadan gedərəm hara gəlir içindən
Yorğunam, gərəyim sevgisinə
Xəyalım o ki, nəfəsiylə evim isinə
İlk səhvi mən elədim, eybi silək
Gözüm daha baxmaz ondan qeyrisinə
Yazmaq və yatmamaq eyni hissdirlər
Barışaq, yenidən qayıdım pleylistinə
Gecə yuxusuz, yenə səhər olur
Demə ki, unut birtəhər onu
O mənlə dürüst, mənsə hər rolu
Oynadım, elədim zəhər onunçün həyatı
Gözlərinə dolub, ağlatdım gecə, gündüzlər onu
O vaxtı başqa şeyləri dərd edirdim
İndi o özü mənə dərd olub
Gecə yuxusuz, yenə səhər olur
Demə ki, unut birtəhər onu
O mənlə dürüst, mənsə hər rolu
Oynadım, elədim zəhər onunçün həyatı
Gözlərinə dolub, ağlatdım gecə, gündüzlər onu
O vaxtı başqa şeyləri dərd edirdim
İndi o özü mənə dərd olub
Keçir zaman üzünü dilənərək
İstəmirəm "mən və sən" olaraq dilə gələk
Bilirəm, düz eləmədim biri min edərək
Qəlbini qırırdım boş şeylərə hirslənərək
Necə kor oldum mən gözlərini sevərək?
Özünü mən anlamadım, sözlərimisə vərəq
Ruhum da məhv oldu kirlənərək
Dərd dolmuş ürək daha kimə gərək?
O qədər eyib əməl elədim, yox düzə yarayan
Bu şəhərin artıq sənə küçələri yad
Yuxusuz gecələrin görən nə qədərdir sayı?
Qələmimə dönərək vərəqimə kədəri yay
Çıxıb gedirsən, dеnən, haraya?
Ayrı peşamanam keçən hər aya
Olmadığın hər yer Bakıdan daha yad
Sənsiz nеcə dözüm mən Ankaraya?
Şeir yazma - dedilər, üzülə bilər
Nə sözün varsa, get üzünə denən
Əskik olmur nə qüssə, nə qəm
Ümidvaram bu dərd məni üstələməz
Səmavi sevinc ola, enə dərinə
Qəlbinə həkk ola, gecə və səhərinə qarışa
Ağrılarım necəsə dinər
Şam... Şam öz işığını necə əridər?
Sən ömrümün ən gözəl çağı
Mənsə həmişə səni üzən ağılsız adamam hələ də
Deyə düşünmə, artıq dön, üzümə baxıb, adımı çağır
Yatan hissləri de, necə oyadaq?
Səhradan gəlib suya necə doyaram?
Məni xatırla, sevdiyin o yaram
Sən 1 ilsən, mən getdiyin 10 ayam
Gecə yuxusuz, yenə səhər olur
Demə ki, unut birtəhər onu
O mənlə dürüst, mənsə hər rolu
Oynadım, elədim zəhər onunçün həyatı
Gözlərinə dolub, ağlatdım gecə, gündüzlər onu
O vaxtı başqa şeyləri dərd edirdim
İndi o özü mənə dərd olub

Поcмотреть все песни артиста

Other albums by the artist

02

2021 · single

Similar artists