Kishore Kumar Hits

BADCLAUSE - Tək Sən lyrics

Artist: BADCLAUSE

album: Tək Sən


İçkili halda, rulda mən, tək tərəfli yolda
Yığışaq 6.45-də, ya Kvadrat-a keçək ordan
Fonda isə "Joseph – Manopa", tək sən əskik olma
Tək sən əskik olma, tək sən əskik olma
İçkili halda, rulda sən, tək tərəfli yolda
Zəng dalıyca zəng, amma baxmırsan telefonuna
Masada Xırdalan, Corona, tək sən əskik olma
Tək sən əskik olma, tək sən əskik olma
Tüstü-tüstü və musiqi, küskün, üzgün, mən ruh kimi
Üç gün, üç gecə yox kimi-kimsəm, kefim pox kimi
Səsin fərqli harmoniyada, sanki mən dirijor kimi
Artıq elədiyim hər şey ixtiyarsız, rol kimi
Qaça-qaça arxanca intizarınla yoruram özümü
Göz rənginin fərqli çalarlarında boğuram özümü
Axtarmıram çıxış yolu, bura mənim öz qapalı qutumdur
Özüm seçmişəm bu sıfırları
Fərqi nə başlanğıc, ya da ki, sonumdur?
Vur, içək içib-içib qızarana qədər
Bacardığın qədər qısa vaxtda gəl
Tez dağılışmaq söhbəti də yoxdur
Danışmışdıq axı biz o barədə
Fərqli içkilər, fərqli badələr
Zövq aldığın görüm hər ifadədə
Səni görəndə necə gəlirəm özümə
Çıxarsa da özümdən bəzi maddələr
Dolu-dolu yazıram içi boş həyatımdan
Gir qoluma, yum gözün, addımla
Dururam, torpaq gedir altımdan
Uçuram ulduzların ardıyca
Axına əks, ağır nəfəs, acı və qəlizsən, hamıya tərs
Bəs nədir belə səni mənə lazım edən?
Çəkməmişəm çəkdiyim nazın qədər
İçkili halda, rulda mən, tək tərəfli yolda
Yığışaq 6.45-də, ya Kvadrat-a keçək ordan
Fonda isə "Joseph – Manopa", tək sən əskik olma
Tək sən əskik olma, tək sən əskik olma
İçkili halda, rulda sən, tək tərəfli yolda
Zəng dalıyca zəng, amma baxmırsan telefonuna
Masada Xırdalan, Corona, tək sən əskik olma
Tək sən əskik olma, tək sən əskik olma
Eşidirsən səsimi, hisslərim bəsdirmi?
Yenə kiməsə bəhs edir ürək sevgini sən bilib
Köksümdə tələsik nəfəslər tükədir səbrimi
Dodağıma dəyən heç bir içki zövq vermir sən kimi
Yalan, yalan dolub dilinə, yarı qaranlığın içində
Yana-yana donub kimsə daxilimdə, qəlbi dinməz
Qaçıb yorulmuş kimisən, durma, gəl izimlə
Bu cümlələr məni sənə bilmirəm anladır hansı dildə
Başa düşə bilmirəm heç bəzən səni
Sanki incidirsən qəsdən məni
Yandırdım söz dolu dəftərləri
Qurbanın elədim, yazığın gəlmədi
İçkinin buzun əridir sənin əllərin
Üzünə baxıram, unudulur əzbərlərim
Sənə qarşı ən kiçik istəyimə, inan
Bu günə qədər olan yüz həvəs dəymədi
Nə var bu sevginin arxasında?
Bəlkə də belə hisslər heç ağıla sığmaz
İşdir, yollarımız haçansa ayrılsa, olanları unutma əsla
Axına əks, ağır nəfəs, acı və qəlizəm, hamıya tərs
Bəs nədir belə məni sənə lazım edən?
Lazımınam çəkdiyim nazın qədər, ey!
İçkili halda, rulda mən, tək tərəfli yolda
Yığışaq 6.45-də, ya Kvadrat-a keçək ordan
Fonda isə "Joseph – Manopa", tək sən əskik olma
Tək sən əskik olma, tək sən əskik olma
İçkili halda, rulda sən, tək tərəfli yolda
Zəng dalıyca zəng, amma baxmırsan telefonuna
Masada Xırdalan, Corona, tək sən əskik olma
Tək sən əskik olma, tək sən əskik olma

Поcмотреть все песни артиста

Other albums by the artist

02

2021 · single

Similar artists