Gedirəm, gedirəm mən uzaqlara
Gedirəm, gedirəm, məni saxlama
Gedirəm, gedən qatarlara məni soraqlama
Gedirəm, gedirəm mən uzaqlara
Gedirəm, gedirəm, məni saxlama
Gedirəm, gedən qatarlara məni soraqlama
Mən unudulan insan, qəmsə ruhuma vicdan
Sən ölümünə hicran, gəl, qüruruma iz sal
Səhv olub hər icram, dərd olunca ilham
Qəlb yoruldu və can, ən sonunda intihar
Gec oyandım, röyalarmı günahkar?
Bilmirəm ki, yarım olan hisslər, ya bəndəmi nakam?
Ümidsizliyin rəsminə dönürəm gündən-günə
...toxunma küllərimə
Gedirəm özümdən belə
Çıxıb sözündən yenə
Gedirəm, üzümdən bir əl
Əskilir, hüznlənirəm
Gedib, əl üzüb gəlmirəm
Vidalar düzmüşəm dilə
Bir dərd düşüb qəlbimə
Niyə dönmək istəmirəm?
Gedirəm mən uzaqlara
Gedirəm, gedirəm, məni saxlama
Gedirəm, gedən qatarlara məni soraqlama
Gedirəm, gedirəm mən uzaqlara
Gedirəm, gedirəm, məni saxlama
Gedirəm, gedən qatarlara məni soraqlama
Günlər səfərbər, illər hədər, bütün intizarım bir nəğmədə
Güllər səpərlər ilk pərdədən, tamaşaçılar, alqış boş səhnədə
Yarım canlıyam hər baxışda bir hekayə görən şəkillər qədər
Soyuqqanlıyam ən az xəstəni qəsdən öldürən həkimlər qədər
Kimlər gələr, keçər dar ömür cığırdan uzaq gələcəyə qədər
Kimi itirib sahilin, aşiqdir dalğalara boğulub ölüncəyə qədər
Kimini sevgi kor edib, vacibi yar
Barmaqlara dəyən hər nöqtəyə qədər
Kimlər qalacaq sənlə
Can verdiyin məqamda son dəqiqəyə qədər?
Gedirəm özümdən belə
Çıxıb sözündən yenə
Gedirəm, üzümdən bir əl
Əskilir, hüznlənirəm
Gedib, əl üzüb gəlmirəm
Vidalar düzmüşəm dilə
Bir dərd düşüb qəlbimə
Niyə dönmək istəmirəm?
Gedirəm, gedirəm mən uzaqlara
Gedirəm, gedirəm, məni saxlama
Gedirəm, gedən qatarlara məni soraqlama
Gedirəm, gedirəm mən uzaqlara
Gedirəm, gedirəm, məni saxlama
Gedirəm, gedən qatarlara məni soraqlama
Поcмотреть все песни артиста