Minnətim olmayıb heç vaxt olub keçən xeyrə,
Sən özün istəsən də daha o yolla gedən deyiləm.
İşdir, birinci gün kimi ağlına gəlib eləsəm,
Mesaj yazma, boş ver can, yuxun şirin, gecən xeyirə.
Denən gəlib keçən nəyimə lazım axı?
Ən aciz misraların bircə Sənsən aidiyyatı.
Axı Sənə dəyərli olmadı Mirinin şeiriyyatı, elə buna görə
Dinləmə daha, boş ver can, yuxun şirin, gecən xeyirə.
Sən mənimçün ən gözəlsən gördüyüm gözəllərdən,
Bir gün yağışa dön və payız olanda düş əllərimə.
Bir dəfə cavab yazmasam inciyər, küsər məndən,
Sən də yazma, boş ver can, yuxun şirin, gecən xeyirə.
Birinci görüş yerinə gəldim amma yox idin orda,
Biz özümüz ayrı istiqamətdə, kor idi yollar.
Öldürülən ümidi yolla, barışsa bəşər sonla,
Sən barışma, boş ver əşi, yuxun şirin, gecən xeyirə.
Tərk etmək öyrənəcəm, yoxluğunla dərs alsam,
Mən Sənin yanında Miri, qulaqcıqda BadClause'am.
Nə vaxtsa getsə dostların, nə vaxtsa tək qalsan,
Yaz: ":(yuxun şirin, gecən xeyirə"
Niyə biz itirdik axı, qazanmışdıq əziyyət ilə,
Gözlərin axırsa bəs şairə şur gələndə neylər?
Aşiqin şeiri gözəl, Səninlə gələn təbiylə,
Dinlәmә, boş ver can, yuxun şirin, gecən xeyirə.
♪
Bəlkə də dinləməzsən istədiyin xoş avazdı,
Boşuna yazdım. Həyatın yarısı dərddir, dəva bir yarısı,
Nə bilim, bəlkə də. Bəlkə də xəyali yazdım,
Öpürəm Səni sevgili, yuxun şirin, gecən xeyirə.
Yaşamaq çətin olsa da çox asandı ölmək səninçün,
Yuxuma gəlmə gözümə görsənməkçün,
Nazlı Nigar, ağılsız olduğunu göstərməkçün
Sevgi və hisslərimi də boş ver get, yuxun şirin gecən xeyirə.
Desələr daha darıxma, çoxdan unudub həsrətini şəhər,
Desələr nigaran olma, dərdi sevmir məsafələr.
Desələr günəş gecədən inciyibdi, açılmır səhər,
İnanma, boş ver yat, yuxun şirin, gecən xeyirə.
Yenə səni müqəddəs bilirəm, gələn əzabi nemət,
Lüzümü varsa əgər qəlbinə məni müsafir eylə.
Əlvidayla bitən sevgi, səhər salamı neylər?
Öz işidi, boş ver can, yuxun şirin, gecən xeyirə.
Özgəsindən yox elə pislik olsa yardan gəlsin,
Məndən şair olmadı, nə Səndən ilham pərisi,
Elə bax buna görə də şeirlərə ehtiyac yoxdu.
Varsa belə boş ver can, yuxun şirin, gecən xeyirə.
Dedim ki, canına and ola, başqasına baxmamışam,
Dedi: "Sən böyüməmisən heç, ağlın həmənki uşaq".
Dedim ki, çox darıxmışam, getmə, qal danışaq,
Dedi ki, sağol, yatıram mən, yuxum gəlir, gecən xeyirə.
Поcмотреть все песни артиста