Şeir gözlü gözəl, düzün de, biz nə vaxt biz olduq ki? Misra sənlə dolursa bəs gözlər niyə dolmur ki? Aşiq saçlarında nəfəs almağa doymur ki Səni sevməmək, birdə xəyal etməmək olmur ki Yenə qızılgül olmur ki, saralıb solmur ki Bir ayrılıq, bir ölüm var olanda ol ilkim Sətirdə bilinmir ki, solğun kim, yorğun kim Bir əldə sevgi varsa o biri əldə olmur kin... Axmaq yazılar, bax sənə çəkir meylin Mənə görə səninçün ölmək və yaşamaq eyni şeydir Yoxluğun dərd verirdi, inan yox idi özgə xeyri Hisslər qəlbdə yaşanılır və sevgi sözdə deyilir ... Həyatına gəlib gedərlər Dərdimə dəva yükdür, axı biz dərdi sevənlər Məncə, bu təsadüfdür - ətir eyni, fərqli bədənlər Xətrimi yadından çıxarma, özgə qəlbi görəndə Bəstələrdə sevdim səni, şeiriyyatdır hisslərim Bəlkə də var olmağın yoxluğunda gizlənir Payızın bir gecəsində qarışır yağışa izlərin Qollarını cənnət sayıb orda ölmək istədim