Yağış yağanda dənizlər nə hiss edər?
Düşün ki, kor birinin qaranlığısan
Və mən də yuxu əvəzinə səni çəkdim gözlərimə
Rəssam şeir çəksin, şair rəsm yazsın içdən-içə
Necə kövrək baxırdı bu şəhər səni itirməyimə
Gəl artıq, ehtiyac duyur bu ev gülümsəməyinə
Həmin dənizdir axı, həmin yer, amma sən yoxsan
Səni məndən daha çoxmu sevdi axı yaş torpaq?
Getdi bax həmin qatar, relslərdə yalnızlıq
Neçə dəfə duruxmuşduq, oysa nə qədər sarsıldıq
Bu şəhər, bu dünya bizi ayıra bilməyəcək ikən
Necə olur da ağ bir parçanın üzündən ayrıldıq?
Səni görmək çətindir, amma səni yazmaq asan
Sənə gəlmək çətindir, amma yanında qalmaq asan
Aşiqin şeiri gözəl, şeirinə görə dəlidir yazanlar
Şairlər əqli belədir, şeiri dəli olub da yazarlar
Yorğun gözlərimə həm qara, həm ağsan sən
Dönsək beş əsr əvvələ, "divanə yar"san sən
Bayatı Şiraza rəngi qatan tarsan sən
Həyatda olmasan da şeirlərdə varsan sən
Qarsan sən, buz əllərimi yandıran
Səndən böyük ağrı yoxdur ağrıdan
İnan ki, yoxluğun hələ də sığışmır ağlıma
Soyuq bir abidə üstünə adını cızdı arzular
Səni məndən alıb aparıb göylər
Soruşurdum səni əsən küləkdən
Kim sevər ki, məni yenə sənintək?
Kim sevər ki, məni belə ürəkdən?
Səni məndən alıb aparıb göylər
Soruşurdum səni əsən küləkdən
Kim sevər ki, məni yenə sənintək?
Kim sevər ki, məni belə ürəkdən?
Axı, mənə sevməyi öyrətdin tək
Sevib də ayrı qalmaq, ayrı qalıb, amma sevməyi
Bəs bu qədər yaxınıq indi, gəlib də göstərsinlər
Səni mənə "keçər" deyənlər
(Gecikər "keçər" deyənlər)
Nədənsə yox kimsə, şərabın tərkibisən
İçində var kimisən, elə bilirəm var kimsəm
Otaqda şamın işartısı, onu söndürən yaş kimisən
Soyuqsan, can, məni yardan ayıran daş kimisən
(Kaş bilsən)
Bax kimsəm qalmadı, məktublarda qalıb adı
Bir də hər baxanda gözümü dolduran mərmər parçası
Yadında, mənə demişdin - "olmasam da yaz-yarat"
Gözün arxada qalmasın, can, yerində rahat yat
Bu otaq sənsiz üzümə baxmır daha
Sarayda yazarlar da daha sən haqda yazmırlar
Son gedişindən sənə 40 gecə, 40 gün səcdəyə getdim
Sonra sənli cümlələr ayrıldı bağrımdan
Qəbrinə qoyulan gülləri dərdim könül bağımdan
Yazılan mətnlərdə eyni məqama dönür nağıllar
Gedəndə unuda bilməz axı, sevir bir ömür fağırlar
Gərək ki, möcüzə olsun, yenə səni görüm yaxından
Süzürəm dərdi yadımdan, heç nə olmamış kimi
Düşün ki, dolub ürəyin, həm heç vaxt dolmamış kimi
Düşün ki, yanımdasan, düşün ki, qollarımdasan
Düşün ki, boşdur məzar cismin orda olmamış kimi
Səni məndən alıb aparıb göylər
Soruşurdum səni əsən küləkdən
Kim sevər ki, məni yenə sənintək?
Kim sevər ki, məni belə ürəkdən?
Səni məndən alıb aparıb göylər
Soruşurdum səni əsən küləkdən
Kim sevər ki, məni yenə sənintək?
Kim sevər ki, məni belə ürəkdən?
Поcмотреть все песни артиста