Kishore Kumar Hits

BADCLAUSE - Çərpələng lyrics

Artist: BADCLAUSE

album: Single Releases (2014-2019)


Məsələn dünən yolda gedərkən
Gözlənilmədən bir mələk gördüm
Necə oldu ki, o mələk məni hiss etmədi?
Marketə gedən zaman
Nə alacağımı unudan bir uşaq idim
Necə oldu ki, böyüyüb səni unuda bilmədim?
Telefonu əlimdə tutduğum zaman
Onu axtaran bir uşaq idim
Necə oldu ki, düşüncəm sətirlərimə yerləşmir?
Sevinclərimdə uçduğum zaman
Səni axtaran bir uşaq idim
Necə oldu ki, açılan yaralarım birləşmir?
Amma ki, mən itirilənlərin dəyərini
İtirincə bilənlərdən deyil
Dəyər verdiyi üçün itirənlərdənəm
Gözlədim səni gündüz-gecə
İzlədim yolunu gizlicə
Əmin oldum ki
Dəyilməyən bir dəyərmişsən
Dekabrın 9-u, 2014, saat 23:10
Mesaj gәldi - "ayrılmalıyıq"
Hәmin gündәn bir dә özümә gәlә bilmәmişәm
Nә qәdәr yazdım sәni, şeirlәrdә bir qalmalıyıq
Rəngarəng kəpənək, sarı yarpaq, əlfəcinlər
Uşaqlığımın hər sətri əzbərimdə
Gülümsәməkçün, xoş məqam istər illər
Bəlkə heç illər də bilmir ki, kimdir qismətində
Özümü sәnlә aldadıram, özümә sәnlә inanıram
Müqәvva sayıb ruhu baxışlarda sәni qucaqladım
Sәninlә gedilәn yolu tәk qayıdıram
Hәr şey yaxşı idi, şәr günümüzdәn qaçammadım
Hәmin xanım yoxdur, şeirlәrdә yaşatdığım
Mәn ona getmәk istәdim, ona görә keçib yüzündәn
Eşq qocaldır ancaq, eşq yaş artırır
Onun yadına düşmәsәm dә o yad olub düşdü gözümdәn
Mәn gәldim, biz olduq vә sәn bağışladın
Pәncәrә susub aylardır, gözlәrindә yağış yatıb
Payız küsüb mәndәn ki, yazmadım yağışları
Sәn otağımın sәnsizliyi oldun, heç danışmadın
Amma ki, mən itirilənlərin dəyərini
İtirincə bilənlərdən deyil
Dəyər verdiyi üçün itirənlərdənəm
Gözlədim səni gündüz-gecə
İzlədim yolunu gizlicə
Əmin oldum ki
Dəyilməyən bir dəyərmişsən

Поcмотреть все песни артиста

Other albums by the artist

02

2021 · single

Similar artists