Ətrini qoxlamadan sevdim səni, sevdim yəni Limanda yorğun ayaqlar gözlədi, gəlmədi gəmi Sevmədi məni, nə də saymadı təqvimləri Xətrinə şeir yazıb, vərəqə düzdüm hər cümləni Hər cümə səni görməkçün bir neçə söz bəs eləyirdi Çoxdan küsüb o məndən, amma gözləri yenə nəsə deyirdi Lal olan ayaqlar gedirdi, kar olan hisslərin ardınca Gündən-günə keçir ömür, hər səhər sənsiz oyandıqca Günəş nurunu üzümə vurub gizlənirdi hardasa Yağış təbiəti necə unudar torpaq hələ də yaşdırsa? Yol daşdırsa, sənə gələ bilməsəm əgər, ara bir yada sal Sənə 20 mahnı, 4 kitab, bir ömür yazdım hardasa! Gəl, hardasan?! Həmin yerdəsənmi hələ də? Tozlanıbmı pəncərələr, varmı yanında bir kimsə? İtirdim kimisə Bilirsən necə tək qaldım?! Yeganə doğmamsan ki, illərdir yad kimisən Ayrılığımıza şahid olan hər bir küçənin Tozunda, torpağında ətrin qalıb ilk günkü kimi Təki sən gül deyə mən neçə gülü qırdım az yaşında Təxmini üç ildir qalıb ayrı saçların balışımdan Sevməsən də sevərəm Geri gəlməsən gözlərəm Dedin geriyә dönmәrәm ovuclarına Mənim əllərimdə sənə gül Sənin əllərində bir ömür Göz yaşlarım da süzülür yollarına Bilmirsən sən Təxmini üç ildir qalıb ayrı saçların balışımdan Sən bilən əvvəlki kimi gözəl qoxmur saçım, saqqalım Kölgən gözümə qaranlıq dəyirdi şər qarışanda Qalanlar ölümə məhbus olur, gedənlərsə sağ qalır Dolaşır əlimə saçları qəhvəyi gözlərində qəm Dodaqlar adını sayıqladı və gördü gözlərim nələr Xəbərsiz çıxıb getdi ürəyimdən gözlənilmədən Ona görə yaşamaq daha çətin gəlir ölümə nisbətən Sevməsən də sevərəm Geri gəlməsən gözlərəm Dedin geriyә dönmәrәm ovuclarına Mənim əllərimdə sənə gül Sənin əllərində bir ömür Göz yaşlarım da süzülür yollarına