Gözümdәn uzaqlaşır yar, o vaxt hәlә qısa saçlar Toz olur külәklә ayaq izlәri, addımları asta Bu dәfә ölәn hәr iki tәrәf oldu, kimsә qalmadı hәyatda İki yarpaq yan-yana sarala bilirmiş bir ağacda Önümdә dәrd süfrәsi eşqә möhtac ölürәm acından Dәysә dә xәtrinә cümlәlәrim, unuda bilir әn azından Әrz elәdikcә vidasını, süzülür yaş yanağından Mәnә görә dәrd çәkdiyi mәqamlarsa gözәl hәr halından Sözlәri zәhәr dadında, özlәmi qәhәr bağında Solan gülün fәrağındaydı, hәr anı qalıb yadımda Gözü, qaşı, saçları, әllәri, barmaqları, gözәl camalı Qocalıb eşqin ahından, ömrün әn gözәl çağında Ayırıram tökülәn saçlarını mavi әlbisəsindәn Gözümdәn axan xatirәlәr batır qәm dәrәsindә Mәnә qulaq asanda ağlayar otağın pәncәrәsindә Nә qәdәr darıxdığımı başa düşәr kәdәrli sәsimdәn Sevə bilmərəm əvvəlkitək Dinə bilmərəm, sevsəm belə Yola salaram son mənzilə səni Çoxdan solub əlimdə ləçəklər Gəlirəm Bir ovuc torpağın həsrətindədir əllərim Amma mən Sənin əvəzinə hər dəfə gül dərirəm Bu sevgi söz xәzinәsi idi hansı ki, onlarla mahnı yazdırıb O kobud cümlәlәrimin incә notlar idi yastığı Qopardığı güllәrdәn alır ayrılığın qisasını Vә yaralı qanadlarla çirklәndirir ağ libasını Qaça bilmir mәndәn hәsrәtim ardınca gedir Yağış saçlarını sığallayır hәzin axınıyla yelin Sevgi mәalıyla keçir adın ömrümün tәsvirindә "Geri gәl" deyә bilmirәm, әlvida düyünlәnir dilimdә Sәni gözәl yaza bilmirәm köhnә şeirlәrdәkitәk Qәlbindәsә doğma gәlmir eşq ötәn illәrdәkitәk Gәl sözdәn cümlә tikәk, hәrflәrdәn hekayә Sәn yuxuma daimi sakinsәn qollarıma kirayә Qollarıma kirayә ... Orda bir ev var Hansı ki, xatirәlәrlә dolubdur orda bir eyvan İnan ki, yoxdur bir dәrmanım hala yanan olsun Sәnin varlığın da, yoxluğun da yalan onsuz Hәr sәtrim haram olsun Sevə bilmərəm əvvəlkitək Dinə bilmərəm, sevsəm belə Yola salaram son mənzilə səni Çoxdan solub əlimdə ləçəklər Gəlirəm Bir ovuc torpağın həsrətindədir əllərim Amma mən Sənin əvəzinə hər dəfə gül dərirəm