Kishore Kumar Hits

BADCLAUSE - Rəsm lyrics

Artist: BADCLAUSE

album: Single Releases (2014-2019)


Ləçəklərini qopardığım güllər
Tikanlarla acığını çıxır indi
Əlimdə qələm, vərəqlər və hisslər
Onun çıxıb getməyin istəmirdi
Məni mən olaraq sevən var idi
Mənim dostlarım var idi, bir idik
Ayaq izləri gözdən itən gözəlsə
Orda-burda məni axtarır indi
Nədənsə tərk edib gedən kəslərdən
Xatirə tək rəsmlər qalıb
Lal-dinməz dalğalar idi, bəlkə də
Limandakı həsrətin dərmanı
Əsirgədiyin hisslərlə ölür bədahətim
İtirir hər sətir mənanı
Mənə görə ağlayan anda
Gözündən öpməyim idi ən qəliz məqamım
Axı bu qədər tez ayrılığa
Hazır deyildim mən, hisslərim yaralı
Nəzm ilə, nəsr ilə təsvir edirdim sevgimi
Sən gizlədin hər halın
Ləzzəti qalmayıb daha sevib-sevilməyin belə
Ömürdən gün gedir
Ən dar anda, darıxanda
Bağırda qalan ağrılar könüldən gec keçir
Marağında qaldı o köhnә hisslәr
Zamanım daraldı
Axı bir tәrәfdә gün çıxır-batır
Keçir günüm, qalanım qaranlıq
Narahatmı qaldın mәndәn
Gün, aylar, hәftәlәrlә sәs çıxmayanda?!
Lazım oldu-olmadı yanında qalıram
Sonra yaddan çıxıram bir yandan
Əslində "Əlvidalar"ı öldürür
Hәr günün ertәsi qorxudur mәni
Mənəvi dəyərlərimi məhv edir
Hər eşq okeanında boğduğum gəmi
Axtarmır məni, yerimi bilmir
Maraqlanmır, oxumur heç şeirləri
Nazlı dilbərin qəmzələrinə qəzəblənirdim
Əzib zir-zibilləri
Nə qədər soyuq yanaq isitmişəm görən
Sırf sən deyə?
Əllərimə sahiblənən o yad əlləri
Batırmışam qəmə
Bir dəfə də hüzn sol yanıma yad gələ
Ah, sən mənə
Gör necə döngələr qoymusan ki, hələ də
Çata bilmirəm sənə
Lazım deyildi nə mərhəmətin
Nə insafın, nə də ki, vicdanın mənə
Əlini qolumdan ayırdığın gündən
İncə cümlələrim iz salır yerə
Məndən gedişin səni xoşbəxt etsə də
Yadda qalan pis qalır yenə
Adını şərəf dediyin şey qürurudur
Tanıdığım ən pis insanın belə
Nümunə olmayacaq bu sevgi
Nə də tarixə düşməyəcək sətirlərim
Layiq olsam əgər ən ağır dərdə
Yarım üzülməyəcək mənimlə bir
Əzabın çəksə tək keçən ömrün
Yenə bilə bilməz qədrin illərin
Mahnılarımda yaşatdığım o qızın
Dodağı "get" dedi, amma qəlbi dinmədi
Ağladıqca isladır soyuq yastığı
Gözlərindən axan damcılar
Nə dadı, nə duzu qaldı sevginin
Zülmətə qarışıb daha yanmayan çıraq
Leysan yağır yanaqlarının üstünə
Xatırladır qəmli vaxtları
Əza saxlayır o, qara libasını geyinib
Yad ocağında cənnət axtarır
Məndən ayrı düşər hər addımında sevgi
Hisslərimlə tərk edilsəm
Ardına baxmadan gedər gedənlər
Əgər məsafəni dərd edirsə
Nə olursa olsun, əsla tək qoyma
Buraxma qollarına onu kiminsə
Bir insanın səndən getməyi çox normaldır
Gəldiyi yolu bilirsə!
Nə qədər soyuq yanaq isitmişəm görən
Sırf sən deyə?
Əllərimə sahiblənən o yad əlləri
Batırmışam qəmə
Bir dəfə də hüzn sol yanıma yad gələ
Ah, sən mənə
Gör necə döngələr qoymusan ki, hələ də
Çata bilmirəm sənə

Поcмотреть все песни артиста

Other albums by the artist

02

2021 · single

Similar artists