Səni bir asiman eşqinə göylərə uçuran sevgi Görəsən qaldırarmı səni indi yenidən göylərə? Sus, çək əllərimi üstündən sən, tez get ki Gələndə qürurunu tək mənmi atacam yerlərə? Sənin yerini verən yoxdur burda Nə də ki, kimsə tutmur əllərimi Yağış da əvvəlkitək islatmır məni Tərkedişlərin, gedib də geriyə gəlməyin Yordu vərəqlərimi, daha yaza bilmir bu səfil Gələn-gedən bizi soruşur hər dəfə Mən bir cavab tapa bilmirəm Necə izah edə bilərəm ki, yaşatdığın yalnızlığı? Hisslər tərk etdi, onlara bir təhər çata bildim Hər ayrılıq incidir qəlbi, görüb inamın sarsıldığın Yalanlar idi bizi birləşdirən yeganə səbəb Bəlkə eşq həqiqətən gözümə pərdə asmışdı Həsrətim öldürdü ruhu, yanaşdın biganə mənə Sənlə dolan gözlərimdən üzümə qəm bulaşmışdı Günlər ayırır bizi bizdən Bağışlasam belə, geriyə dönə bilmərəm yenidən Gələ bilmərəm yanına yenidən Sevə bilmərəm ki, səni mən Nədir səbəbi ayrılıqların? Bu qədər uzaqlaşdırır bizi Nədir səbəbi qürurumun? Hansı bəhanədir ki, soyudur əllərimizi? Köhnə şeirlərin xatiri qalıb ağlımda Unutdurmur səni Bəlkə bu mahnı yanaqların isladır Yorğun səsim ağrıdır qəlbini Hərdən düşünürəm ki, mənə dönsən Necə siləcəm olub keçənləri Qış günündə günəşə həsrətəm Yaşada bilmirəm solan bu gülləri Qəm keçir, birtəhər keçir İndi hər seçim yanlış tərəfdədir İllər keçir, kimsələr gedir Dəyəri qalmır daha geri gələnlərin Bu hisslər sənçün heç bir şey ifadə etmir Və dəyəri qalmayıb artıq keçən o gözəl günlərin Şeirlər bəs eləmir, bir piyalə yetmir Təsvir etmək üçün baxışların, üz cizgilərin Dodaqların dodaqlarımdan nə qədər uzaqda qalıbdır ki Hiss edə bilmirsən sən ona toxunan göz yaşını Dərdimə dərman o yardır, könülə od salan Onsuz qeyd edəcəm deyəsən bu il ayrılığın dörd yaşını Göz yaşarır, baxanda torpaqda ayaq izlərinə Elə bil, onun gedişi məni bu torpağa basdırdı Gölməçə oldu gözlərim, daşdı son sətirlərimə İlham pərilərim ağladı, mənə bu mahnını yazdırdı Səhərdən gözləyirəm mən səni qəhərlə Neçə payız keçib sənsiz bu şəhərdə? Sevgin saxtalaşdı və Məhkum elədi səni cümlələrimə Səni bir asiman eşqinə göylərə uçuran sevgi Görəsən qaldırarmı səni indi yenidən göylərə? Sus, çək əllərimi üstündən sən, tez get ki Gələndə qürurunu tək mənmi atacam yerlərə?