Kishore Kumar Hits

BADCLAUSE - Deyəsən Unutmusan lyrics

Artist: BADCLAUSE

album: Single Releases (2014-2019)


Mənim bir arzum var, ömrümə qəm-kədər saldı
Mənim bir ağrım var, ağlamağıma səbəbkardır
Okean ortasında qayıq, külək aşırdı hər yelkəni
Yolun düz ortasındayıq
Gəl yenidən tərk et məni
Yenidən öldür ruhumu, yenidən dolsun dəftərlərim
Gecələr qəlbimi yandıran həsrətin qədəmlərinin səsi gəlmir
Vərəqlər qəhərlənir
Unutmusan deyəsən, mənlə açdığın səhərləri
Mən sahib olmadığım hər şeyi borcluyam sənə
Sən yaşanılan hər yalnızlığın ən gözəl halısan
Boşdur cümlələr, sənə sərxoşdur bu bədən
Eşqin tilsimiylə əcəlimə baş qoşdum ölmədən
Aşağıda göydələn, üstündə bir cüt ayaq
Köndələn ipin zolaqlarının silüetində öldü kölgələr
Ağır qəm yüküm mənə, al apar dərdi, könülə gəl
Yadım silinib indi təmiz, yoxdur bir iz köhnədən
Görən nələr qalıbdır həyatın özgə səhifələrində?
İllərdir intihar küləktək əsir pərdələrində
Otağımın havasını dəyişir hər dəfə fərqli ətirlər
Cənnət saydım onu bu dünyanın cəhənnəmində
Onun saçlarında basdırdım ruhumu bir gecə
Xəbəri belə olmadı, qollarımda yatmışdı necə
Öpdüm sakitcə, dodaqlarım yanağına söykənəndə
Bir pıçıltı qopdu bağrımdan oyandım nəsə
Yuxumda yuxuya gedən sevdiyimin ətri üst-başımdan uçur
Onuncu mərtəbədən tərk eləyir pal-paltarımı
Bütün tənhalıqlarımın dərmanını aldı əlimdən
Qadınım, çıxıb getdi, ən sonunda tək qaldım
Sən sardın hər yanımı, tüstüyə qarışıb
Əhvalım çaş-baş qalıb, dolaşıq qaşqabaq bulaşıb
Üzümün cizgilərinə
Atmışam həyatın daşın
Bir də ayılanda gördüm ki, artıq altmış olub yaşım
Yavaş-yavaş yaxınlaşır, sonuncu dayanacaq
Müəmmalıdır ki, kim gedəcək, kim qalacaq
Üzümdən itib gülüş, kefim yoxdur bir balaca
Çün, bugünkü xoşbəxtliklər nəvaxtsa dərd olacaq
İkimiz ayrı-ayrı parçalarıyıq eyni cümlənin
Bizi birləşdirmək üçün bir söz bəsdir, inan
Yeganə dərmanı qayğı idi bəzi xəstəliklərin
Mən özüm qayğıya möhtacam, sən də xəstələn bir az
Köhnə bəstələr dayaz qalıbdı dərinliyində
Dostların səni sevmir, saxtalığını tərifləyirlər
O gileylənir - deyirlər, - yalanlar ilə, şər ilə
Amma çalış uzaq saxla eyiblərini gəlinliyindən
Artıq nə inciyim mən?
Peşman olub sözlərim
Səni son dəfə görəndə dolmuşdu bu korun gözləri
Yadında yadlara tay yoxluğa qərq oldum üstəlik
Sən bir gün getdin, mənsə yüz il yolunu gözlədim

Поcмотреть все песни артиста

Other albums by the artist

02

2021 · single

Similar artists