Biz ikimiz heç vaxt bir cəm ola bilmərik Münasibət fərq etdikcə Sənlə necə tamamlandığımı görürdüm Tənhalığımı dərk etdikcə Nədənsə yaşamaq xoş gəlirdi sənə Mən nəfəs almağı tərgitdikcə Sona qalan təkcə xətrin var idi O da gedir əldən sən getdikcə Bitdiyini sandığım hekayənin Qaldığı yerdən başlaması Lap zəhləsi getsin məndən nifrət eləsin Amma heç vaxt daşlamasın Başqa ürəyin içində olmaram, olsa da Başqa qələm, başqa yazı Sadəcə fərqli qucaqlarda tapır özün o Heç kim başqa şey anlamasın (!) Qorxuram onla danışmağa Bilmirəm üzləşəcəm hansı üzüylə Dəli-dolu vaxtlarımıza düşdü bu sevgi Çox oynadıq ocağın közüylə Xəyalları uzaqlar idi Məni də aparacaqdı getsə özüylə Amma indi fırlanır yüzüylə Hətta ayaq yeri də qoyub nişan üzüyünə Həyat davam edir onunçün heç nə fani Nə də ölüm ani deyil Əvvəlkitək nurani də deyil ki Baxan gözlərinə "mirvari" deyim Həmi imkanatı xudmani deyil Daha dəyişib çox şey, çox eyib! Kiçik şeylərlə xoşbəxt ola bilmir Ömrünü versən "yox" deyir! Elə bir küskünlük qoymusan ki Hüzür saxlamağa gəlmir üzüm Elə bədbəxt bir kəssən ki Özgə xoşbəxtliklərə belə gözün düşür! Mən yanlışamsa, sən de düzün Düzgünlüyün varsa, bəs bir üzr Amma dolubdur zir-zibillərinlə səbr küpüm Daha qalanın özün düşün