Mənim bir arzum var, ömrümə qəm-kədər saldı Mənim bir ağrım var, ağlamağıma səbəbkardır Okean ortasında qayıq, külək aşırdı hər yelkəni Yolun düz ortasındayıq, gəl yenidən tərk et məni Yenidən öldür ruhumu, yenidən dolsun dəftərlərim Gecələr qəlbimi yandıran həsrətin qədəmlərinin səsi gəlmir Vərəqlər qəhərlənir Unutmusan deyəsən, mənlə açdığın səhərləri Mən sahib olmadığım hər şeyi borcluyam sənə Sən yaşanılan hər yalnızlığın ən gözəl halısan Boşdur cümlələr, sənə sərxoşdur bu bədən Eşqin tilsimiylə əcəlimə baş qoşdum ölmədən Aşağıda göydələn, üstündə bir cüt ayaq Köndələn ipin zolaqlarının silüetində öldü kölgələr Ağır qəm yüküm mənə, al apar dərdi, könülə gəl Unutmuşam, yoxdur bir iz köhnədən Görən nələr qalıbdır həyatın özgə səhifələrində? İllərdir intihar küləktək əsir pərdələrində Otağımın havasını dəyişir hər dəfə fərqli ətirlər Cənnət saydım onu bu dünyanın cəhənnəmində Onun saçlarında basdırdım ruhumu bir gecə Xəbəri belə olmadı, qollarımda yatmışdı necə Öpdüm sakitcə, dodaqlarım yanağına söykənəndə Bir pıçıltı qopdu bağrımdan, oyandım nəsə Baxaraq gözlərimə Fərqli sətirlər yaz Düşərəm izlərinə Həsrətin tam ortasındayam, ver incə əlləri Birtəhər keçir günlərim Yalanla itir düzləri Və yenə tənhalıqla üzləşibsən, yaşlı gözlərin O vaxt üzümə heyran olan bu gün yolumu gözləmir Ötür aylar-illər Rəsmini öpür hisslərim Sevgimizin ocağında yanmışam, götür külləri Boğur bu məhəbbət məni, yorur bu küdurət məni Qüssə-qəmi gizlətməyə yox bir cəsarət həmin Ayrılıqlar soyuqdur, çoxu sevgisə hərarətlədir Nə xəyanət gəmimdə yola çıxdı, nə qəbahət mənim! Saxtalaşır gördüyüm hər həqiqətim İçində ağ libasın, qara ruhuma təbib gətir Zühur elə incə toxunuşla, bilim ki, var bir qüdrətin Elə bir ruha çevril ki, bitməsin eşqin müddəti Görüm üzünü, ovcuma hopsun hisslərim Qəfil ürəkdə hökm sürüb, qələmimi alsın ilk sətir Yazmayım mən bəyaz vərəqə qəm izləri Eşq dərdindən ölsəm də, bunu bilməsin əzizlərim Məni elə yerə basdırın ki, ruhum günəşi görməsin Mənə elə bir külək verin ki, həyat çırağı sönməsin Mənə elə bir sevgi ver ki, sərhəd nədir bilməsin Mənə elə bir ümid ver ki, mən ölsəm də o ölməsin Baxaraq gözlərimə Fərqli sətirlər yaz Düşərəm izlərinə Həsrətin tam ortasındayam, ver incə əlləri Birtəhər keçir günlərim Yalanla itir düzləri Və yenə tənhalıqla üzləşibsən, yaşlı gözlərin O vaxt üzümə heyran olan bu gün yolumu gözləmir Ötür aylar-illər Rəsmini öpür hisslərim Sevgimizin ocağında yanmışam, götür külləri