Bir neçә cümlә bәsdir ki, qayıdaq әvvәlә Bir neçә uğur bәs eləyәr ki, inana bilim dinlәrә Bir neçә damcı bәsdir, başa düşüm ki, suya necә hәsrәtәm Bәsdir bircə göyәrçin, hansı ki, ölüb qәfәsdә Azadlığı sevmәk üçün, hәm dә olmadan gücün Bәzәn yaşamağa ehtiyac qalmır ölmәk üçün Bәzәn gözlәrin bәs elәmir yolu görmәk üçün Bәzәn bәs elәmir ayaqların geriyә dönmәk üçün Nәlәrdәn keçdik, nәlәr itirdik, gör nә üçün Dostların da taqәti qalmayıb çörәyi bölmәk üçün Bәzәn bir öpüş belә bәs elәmir heç şahzadәlәrә Bәzәn yozuram yaşanılmışları әfsanәlәrә Məncə ovuclar bәs elәmir çatmaqçün Allaha Birinci ölәn hisslәr olur, ümid sağ qalan Nә var, nә dövlәt olmadan, sevmәk könlü yormadan Hәyatın dadın çıxartmaq, həm də heç xoş gün olmadan Bildiyim bütün sözlәri yığmaq bir cümlәyә Bütün ulduzları saymaq gün çıxmadan öncә Yaşanılan hәr bir anım tarix oldu bir dilәklә Bildiyim bütün duaları oxumaq ölmәdәn öncә Bir neçә addıma sığınıb keçә bilmәk dәnizlәri Toxuna bilmir daha ruhuma onun incə əlləri Yanağıma düşən damcılar günahlarımı təmizləmir Çәtinlәşdirir hәyatı - onu yaxından görmәk istәyi Gizləmək bütün yalanları həqiqətlər şəhərində Öz içində tanrı tapa bilmək, təriqət qəfəsində Ürәkdә sәs-küy dolu pıçıltılar, gözlәr yorğun Ölümün gәlişini izlәmәk hәyat pәncәrәsindәn Dedilәr - "Meyvә, ağac, hurilәrdәn ibarәtdir cәnnәt" Kimisә yerli-dibli unutmaq özü cinayәtdir bәzәn Möcüzәlәr göstәrirdi tanrı, yağış külәklә Yenidәn sevә bilmәk kifayәtdir mәncә Aç gözlərini İki yol var, seç birin Dərin duyğularla Bataqlıqları çox dərin Hərdən yaz hisslərini Sənə də qucaq açar mələklər Əgər yalansa dünya Bax üzərində ayaq izlərin ♪ Aç gözlərini İki yol var, seç birin Dərin duyğularla Bataqlıqları çox dərin Hərdən yaz hisslərini Qucaq açar mələklər Əgər yalansa dünya Bax üzərində ayaq izlərin