Kishore Kumar Hits

BADCLAUSE - Üfüq - Acoustic lyrics

Artist: BADCLAUSE

album: Badclause Acoustics

Sevirsənsə mənə dözməlisən
Dedi - Məni nə qədər gözləmisən
Əlində qızılgül
İtirmisən bax dəyərimi, ətrimi özləmisən
Sən yalan sayırdın düz nə desəm
Sağlığıma içib "süz" demisən
Çıxıb gedən sən, üzülən isə mən
Səni başa düşərdim üzümə desən
Səni sevmədim - dedin - geri qayıdıram
Heç bir mesajını səmimi saymıram
Kimsə sənə eşqdən deyəndə
Birinci mən ağlına gəlirdim ayrı vaxt
Yuxudaydım
Orda yox ağrılar, özgə birini gördüyüm gün ayılıram
Dedim əllərim həsrət qayğına
O dedi ki, uzatmayaq, indi ayrılaq
Hansı birini deyim?!
Gecә hönkür-hönkür ağlamağındanmı?
İçә-içә gözlәrin qaralmağındanmı?
Deyәsәn itirmişәm qalan yaxınlarımı
Yalanları yandır
Şeytan mәlәkdәn qanad arzularmı?
Daha çırağı sönüb qalan arzularımın
Ölsәm әgәr, o qız qara bağlayarmı?
Hava buz, əlimi kəsir şaxta, toxuna bilmirəm əllərinə
Odsuz ürəyim közərə bilmir əvvəlkitək hisslərinə
Su damcıları bəzədi səkiləri buludların həsrətiylə
Torpaqdan qoxun gəlir
Süzülür neçə-neçə göz yaşı tək bir çətirdən

Dolurdu dama-dama dәftәrә yazdığım
Hәr bir şeir, hәr bir cümlә
Vә bәzәn sәbәb axtarırdım
Hәr bir addımına sәn tәrk etdiyin gündәn
Xoşbəxtlik varsa әgәr
Bu qədər dәrdlәr nә üçün bәs?
Bir neçә saatlıq yuxu bәs edər mənə
Qovuşum fәrz etdiyim ömürә
Bircə-bircə yandırmışdım sənə ünvanladığım yazılarımı
Axı səni mənə xatırladır hər bir musiqi
Dinləsəm də hansı mahnını
Biri var ömür qəfəsində gerçəkləşdirir arzularını
Bəs həyatına gələn özgəsi gecə
Mənə görə ağlamağından razı qaldımı?
Sənsiz heçnə yolunda getmir
Biri gedir yolda, qolumda getmir
Hәr gözәl vaxtın onunla keçdi
Qәlbi ağlatdı sonunda seçimin
Onlarla zәng elәdim, onlarla mesaj yazdım
Bir cavab yoxdur
Yaradan yola daş qoyar, bağlayar gözü
Bunu da sevgidәn sanar çoxusu
Hava buz, əlimi kəsir şaxta, toxuna bilmirəm əllərinə
Odsuz ürəyim közərə bilmir əvvəlkitək hisslərinə
Su damcıları bəzədi səkiləri buludların həsrətiylə
Torpaqdan qoxun gəlir
Süzülür neçə-neçə göz yaşı tək bir çətirdən
Hava buz, əlimi kəsir şaxta, toxuna bilmirəm əllərinə
Odsuz ürəyim közərə bilmir əvvəlkitək hisslərinə
Su damcıları bəzədi səkiləri buludların həsrətiylə
Torpaqdan qoxun gəlir
Süzülür neçə-neçə göz yaşı tək bir çətirdən

Поcмотреть все песни артиста

Other albums by the artist

02

2021 · single

Similar artists