Adətən kimisə sevəndə çox sevirik olub təslimi Bəzən doğmalar çıxır gedir və yolun kəsmirik Bir gün xoşbəxtik qalan günlər onun tərsidir Və hər şey yoluna düşdüyü anda keçir otun təsiri Xoş günə gedən qayıqda azdırır külək yolumu Ayrılsaq da mən də gülürəm, güldüyünü biləndə onun Dolduqca bakal, dolur gözlərim, amma ürək dolmur Və bəzən tək ağlamaq kimləsə gülməkdən zordur Hmm... Yadlaşıram şeirlərimlə Hər gün daha da ümidsiz və keçir heyiflə illər Səmimiyyət uzaqlaşır, addım addımın ardıyca Soyuq gecələr isə daha xoş isti səhərlərindən Bir badə şübhə yox, eşqlə tam dolmalıdır Hər şey yaxşı olacaq-la olmur, icraat olmalıdır Başa saldım ki, həmişə düzü deyib, üzü ağ olmalıdır İnsan hər yalanı yeməməlidir, damaqda dad olmalıdır Atamla bir qocalırdım, yaşım hələ gənc ola-ola Yaşamaq istəmirdim, yalnızlığıma qərq ola-ola Deyirdi zirvəyə can atma, yamaclarında dolan Sən insanlığını qoru əsas, sonrasına nə olar-olar ... Yazar qələm, kəlmə tükənməz Aynalar pərişan, əksim ilə hər görüşəndə Mən yenə məndən uzaq, qəliz, bircə sənlə mükəmməl Nədənsə hələ də can yanır, sətirdən sətirə düşəndə Ya bitib artıq həyat, ya insanlıq başlamayıb hələ Buralar cəhənnəmdi, xoş günlər qanlı səhifədə Birinə gülüş bəxş eliyən tale, başqa birinə qəm Verdikcə, hüznlü olacaq həyat şeirlər qədər