Yazıram illәr öncәdәn, yazaram sәnә gәlincә mәn Ağ-qara cümlәlәrimә rәng olurdun özün bilmәdәn Qırarıq tilsimlәri bir gün xoşbәxt olarıq ölmәdәn Әl-әlә gәzәrik arzularda, birgә qaçarıq ölkәdәn Saçına әsәn külәk qurutmuşdu yarpaqları Gәtirib yad әtirlәr dolduracaq bu otaqları Nә vaxtsa itirәcәksәn hәr şeyini vә geri dönәcәksәn Görәcәksәn mәndәn geri bir ovuc torpaq qalıb Tәslim oldum özümә, әsrlәrlә oturub ağladım Keçən il darıxdığımı yazardım mən ona bu vaxtları Yuxumda mәlәk gördüm, üzünә baxmadan qucaqladım Vә o mәlәk aldı mәnimi mәndәn, әlimi qolumu bağladı Adını belә bilmәdiyim hisslәrlә gözüm yumuldu Ölüm çox aciz görünürdü, amma ömürsә durğun Tanımadığım barmaqlar cızırdı kömürlə qolumu Bir neçə cümlә sonra qalxıb özüm öz önümdә durdum Baxdım köhnə rəfdə sənə yazılan kitablarıma Köhnə səhifələrdə itən cavab, suallarıma Şərfini öpdüm yenə, ətrin hopdu dodaqlarıma Hər nə olsa da, yola gedə bilmirəm uzaqlarla Əlimdə tər qızılgül, əynimdə sən alan köynək Yanımda gülərdi üzün, o vaxt hələ məndədir könlün Gözlərimdən anlayıram ki, nədir böyümədən ölmək Heyif ki, bu gözəl mənzərəni şüşə və çərçivə örtüb Xəyallarımızdakı uşağı yadın bətninə gömdün Sənə görə yaşayırdı bədən, axı nə həddinə öldü? Gözümün önünә çıxan son tәsadüf oldu ömürlük O yolda səni onunla görməsəydim evimə dönürdüm Birdən dayandı ayaqlarım, sanki dayandı əqrəb Sonrasını xatırlamıram... Şeytana lənət Ertəsi səhər küt baş ağrısı məni oyatdı qəflət Gördüm qırılıb o çərçivə, düşüb hər kitab rəfdən Mətbəxtə doğru getdim, ora da yerlə-yeksan idi Yerdә sınıq şüşә var idi, boş idi dәrman qutusu Düşündüyüm tәk şey idi - evdә özgә birinin olmağı Bu düşüncәlәr qarışdırır baxışlarını qorxağın Dәrk edә bilmәdim, qalıb sükut qәfәsindә Müəmmalar içində. Dəli şeytan dedi - otağına keç Gələndə gördüm özümü çarpayının sol tərəfində Sən demə dörd gün öncə yatıb, sonra oyanmamışam heç